Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Sentyabr

2013
15:02
743
Avtoxuliqanlıqla bağlı yol polisinin rəyinə etiraz edənlərin nəzərinə

Avtoxuliqanlıqla bağlı polisin rəyi ilə razılaşmayan sürücülər öz haqlarını məhkəmələrdə qoruya bilərlər. Əgər yol polisi tərəfindən hər hansı neqativ hala yol verilibsə, bununla əlaqədar sürücülərin dəlil və sübutları varsa, onları məhkəmələrə təqdim edə bilərlər.

Bu barədə Trend-ə müraciət edən oxucuların, sürücülərin bəzi yol polisi əməkdaşlarının hansısa maraqlar güdərək onların yollarda bəzi manevrlərini avtoxuliqanlıq kimi dəyərləndirmələrindən narazılıqlarına münasibət bildirərkən Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, avtoxuliqanlıq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-1-ci maddəsi ilə tövsif olunur. Orada göstərilir ki, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərdir:

"Qanundan da göründüyü kimi yol hərəkəti qaydalarının davamlı olaraq və qərəzli şəkildə pozulması avtoxuliqanlıq kimi dəyərləndirilir. Yəni, məsələn, hər hansı avtomobilin yolda sola-sağa ötmə-manevretmə hərəkətlərini yerinə yetirmələri avtoxuliqanlıq deyil. Əgər hərəkət qərəzlidirsə, lakin davamlı, nümayişkəranə və əhalinin dincliyini pozan və ya hörmətsizlik ifadə edən deyilsə, bunu avtoxuliqanlıq kimi qiymətləndirmək olmaz."

Kamran Əliyev qeyd edib ki, bütün hallarda avtoxuliqanlıqla bağlı son qərarı yol polisi əməkdaşları yox, məhkəmələr verir. Ona görə də, əgər hər hansı neqativ hal və ya haqsızlıq baş veribsə, buna məhkəmələrdə aydınlıq gətiriləcək:

"Avtoxuliqanlıq inzibati xarakter daşıdığından onunla bağlı qərarın verilməsi məhkəmələrin səlahiyyətindədir. Məhkəmədə qərar qəbul edilərkən məsələ araşdırılır və sürücünün əməlində, hərəkətlərində inzibati xəta əlamətlərinin olub-olmaması yoxlanılır, daha sonra həmin şəxs barəsində müvafiq qərar qəbul edilir. Hətta polis yolda sürücünü saxlayıbsa və onun barəsində avtoxuliqanlıqla bağlı protokol tərtib edibsə da, onun barəsində qərar verə bilməz. Qərarı yalnız məhkəmə verə bilər. Bu səlahiyyət yalnız məhkəmələrə aiddir. Ona görə də avtoxuliqanlıqla bağlı polisin rəyi ilə razılaşmayan sürücülər öz haqlarını məhkəmələrdə qoruya bilərlər. Əgər yol polisi tərəfindən hər hansı neqativ hala yol verilibsə, bununla əlaqədar sürücülərin dəlil və sübutları varsa, onları məhkəmələrə təqdim edə bilərlər."

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 296-1.1-ci maddəsinə əsasən, avtoxuliqanlığa yol verən şəxslər nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla dörd yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarəetmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Məcəllənin 296-1.2.-ci maddəsinə görə, eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini idarəetmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla altı yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarəetmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
854

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
44

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
69

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
280

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
303
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 05:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru