Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Avqust

2013
21:21
Zabratdakı kütləvi söküntülər 2 mindən çox ailəni evsiz qoyacaq

Ev və obyetləri sökülənlər onlara verilən kompensasiyadan narazıdırlar: “Verilən kompensasiya ilə Bakının ucqar yerindən belə ev almaq mümkün deyil”

Artıq bir neçə gündür ki, Sabunçu rayonu Zabrat qəsəbəsində kütləvi söküntü işləri gedir. Yol kənarındakı obyektlər  və fərdi yaşayış evləri sökülür. Zabrat sakinlərindən “Yeni Müsavat”a verilən məlumata görə, ev və obyektlərin sökülməsi Zabrat magistralının genişləndirilməsi məqsədi ilədir. Onların sözlərinə görə, bir neçə ay öncə yenidən qurulan magistralla bağlı dövlət başçısının göstərişi var. Sakinlərin sözlərinə görə, yolun körpü tərəfə olan hissəsi həddindən artıq ensizdir və bu da günün müxtəlif saatlarında tıxacların yaranmasına səbəb olur.

Sakinlərin bildirilər ki, yolun genişləndirilməsi 2 mindən çox ailəni evsiz qoyub. Evlərinin kvadratına 1000 manat kompensasiya verildiyini söyləyən sakinlər  məbləğin az olduğunu vurğuladılar. Onlarım sözlərinə görə, evlərin dəyərləndirməsini aparan audit şirkətlərdən biri, həyətyanı sahələri və yardımçı tikililəri qeydə almır. Sakinlər həmçinin bildirdilər ki, verilən kompensasiya ilə Bakının ucqar yerindən belə ev almaq mümkün deyil.

Qeyd edək ki, söküntü işləri Bakı  Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır. Evləri və obyektləri sökülən sakinlərin hər birinin adına “Kapital Bank”da xüsusi hesab açılıb və onlara veriləcək kompensaiya o hesaba köçürülüb.

Söküntü işləri ilə bərabər yolun genişləndirilməsinə də başlanılıb. Magistral yolun genişləndirilmsəi işlərini  “Azeryolservis” ASC həyata keçirir.

Ötən ilin sentyabrında prezident İlham Əliyevin iştirakı ilə Zabrat-Maştağa-Buzovna və Zabrat-Pirşağı avtomobil yollarının əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Yol dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”, eləcə də “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” çərçivəsində yenidən qurulub.

Sabunçu yol qovşağından Zabrat dairəsinə  qədər olan avtomobil yolunun yenidən qurulması Bakı şəhərinin Sabunçu, Balaxanı, Zabrat, Maştağa, Kürdəxanı, Pirşağı və Məhəmmədli qəsəbələrinin nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına, şəhərin mərkəzinə gələn nəqliyyat vasitələrinin normal gediş-gəlişinə şərait yaradılmasına hesbalanıb.

2012-ci ilin martında yolda kommunikasiya, su, kanalizasiya və digər xətlərin çəkilişinə başlanıldığından yol nəqliyyatın hərəkəti üçün yararsız vəziyyətə düşmüş və əsaslı təmirə zərurət yaranmışdı. Uzunluğu 7 kilometrə yaxın olan yolun hərəkət hissəsinin eni 23 metr, hərəkət zolaqlarının sayı 6-dır.

Gələcəkdə Bilgəh, Buzovna, Maştağa, Nardaran, Kürdəxanı və Abşeron yarımadasının şimal hissəsində yerləşən digər kənd və qəsəbələrin Bakı şəhəri və respublikanın digər rayonları ilə nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılması, həmçinin Buzovna-Mərdəkan-Hava Limanı-Bakı istiqamətindəki mövcud yola alternativ yol kimi 15 kilometrlik və 6 cərgəlik Buzovna-Zabrat yolunun yenidən qurulması da nəzərdə tutulur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4718

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3202

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2566

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2127
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 13:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru