Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Avqust

2013
15:33
Vladimir Putin Barak Obamanın Nobel mükafatına `ilişdi`

FaktXəbər-in verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin ABŞ hökumətinə müraciət edib. Kreml rəhbəri bildirib ki, Amerika Bəşşar Əsəd hökumətinin Suriyada kimyəvi silah istifadə etdiyini isbatlayacaq sənədlərini BMT-nin Təhlükəsizlik Şurasına təqdim etməlidir.

Qeyd edək ki, Vladimir Putin çıxışı zamanı həmçinin deyib ki, Suriya hökumətinin kimyəvi silah istifadəsi ilə bağlı ittihamları tamamilə axmaqlıqdır. Rusiya prezidenti Suriyaya hərbi müdaxiləni nəzərdə tutan planın İngiltərə parlamentində qəbul edilməməsindən də son dərəcə təəccübləndiyini dilə gətirib. "Əgər ABŞ Suriyaya tək başına müdaxilə etsə, bu son dərəcə kədərli olacaq. Nobel Sülh Mükafatı almış Barak Obama da bu ölkəyə qarşı hərbi müdaxiləyə razılıq versə oradakı qurbanları  fikirləşməlidir. Suriya böhranının "G20" sammitində müzakirə edilməsi daha məqsədəuyğundur.",-deyə Vladimir Putin əlavə edib.

Bu arada Küveytin "Əl-Kabas" qəzetinə məlumat ötürən ərəb diplomatlar ABŞ-ın bu gün və ya sabah Suriyaya hərbi müdaxilə edəcəyini söyləyiblər. Amerika bu əməliyyat üçün Türkiyə, Yunanıstan və Cənubi Kiprdəki bazalarından istifadə etməyi düşünür.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
469

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
261
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 13:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru