Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Avqust

2013
16:17
1604
Riçard Almeyda: `Qarabağ`ın qrup mərhələsinə düşəcəyinə hələ də inanıram

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeydanın azerisport.az saytına müsahibəsi
 
- “Ayntraxt”la oyundan nə gözləyirsiz?
- Qarşıdakı oyun bizim üçün çox vacibdi. Biz yaxşı oynamağa borcluyuq. Baş məşqçi Qurban Qurbanov da bizdən keyfiyyətli oyun gözləyir. Bakıdakı ilk oyunda qeydə alınan məğlubiyyəti unutdurmaq üçün əlimizdən gələni etməliyik.
 
- Çoxları üçün hələ də müəmmalıdı ki, “
Ayntraxt” “Qarabağ”ı necə bu qədər yaxşı öyrənə bilib...
- Əlbəttə, çətin olacağını öncədən də bilirdik. Amma daha bu cür alınacağını gözləmirdik. Onların hücumçuları hətta Rəşad Sadıqova pressinq tətbiq edirdi. Bütün bunları gördükdən sonra təəccüblənməmək olmur. Bizim orta sahədə problemlərimiz var idi. Mərkəzdə oyun alınmadığı halda hücumda nəsə etmək də mümkünsüz olur.
 
- Frankfurtda da eyni aqibətlə üzləşməkdən çəkinmirsiz?
- Fikrimcə, bu oyunda biz öz taktikamızı dəyişməli olacağıq. Çalışacağıq ki, ilk oyunla müqayisədə daha yaxşı futbol sərgiləyək.
 
- Müsbət nəticəyə ümid etmək olar?
- Əgər öz gücümüzə inansaq, bəli, ümid etmək olar. Hər şey mümkündü.
 
- Siz “Qarabağ”ın mərhələ adlayacağına hələ də ümidlisiz?
- Təbii ki, hə.
 
- “Qəbələ” ilə son oyunda aparıcı futbolçularınız istirahət etdi. Əvəzedici heyətlə bu komandaya qalib gəlməyiniz sizi təəccübləndirmədi?
- Baş məşqçimiz məlum səbəblərdən bizə iki günlük istirahət vermişdi. “Qəbələ” üzərində qələbə isə mənim üçün sürpriz olmadı. Heç təəccüblənmədim də. Çünki bizim çox yaxşı heyətimiz var. Hər kəs digərini layiqincə əvəzləyə bilir.
 
- İlk dörd oyunda qazandığınız ardıcıl qələbələr “Qarabağ”ın Premyer Liqanın əsas favoriti olduğunu deməyə əsas verir?
- Biz cəmi dörd oyun oynamışıq. Düzdü, onların hamısında qalib gəlmişik. Amma bundan sonrakı görüşlərin də hamısında qalib gələcəyimizə dair təminat yoxdu. Qarşıda “Neftçi”, “Xəzər Lənkəran” və digər iddialılarla oyunlarımız olacaq.
 
- “Qarabağ”ın çempionluq yolundakı əsas rəqibləri hansı klublardı?
- “Neftçi”, “Xəzər Lənkəran”, “İnter” və “Qəbələ”. Onların hamısı çempionluq uğrunda mübarizə aparacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
22

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
111

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1857
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 12:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru