Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Avqust

2013
15:58
1038
Qarabağa getmiş rusiyalı hüquq müdafiəçisi: `Adımın Azərbaycanın `qara siyahı`sına salınması mənim üçün şərəfdir`

FaktXəbər-in verdiyi məlumata görə, Rusiyadan Dağlıq Qarabağa səfər etmiş hüquq müdafiəçisi Sergey Karnauxov erməni mediasına müsahibə verib. Moskva Dövlət Humanitar Universitetinin dosenti müsahibə zamanı bildirib ki, Qarabağa səfər etdiyi üçün Azərbaycanın "qara siyahı"sına salınması onu narahat etməyəcək.

Xatırladaq ki, Sergey Karnauxov açıqlamasında daha sonra bunları deyib: "Bu siyahıya adımın salınması çox yaxşı olacaq. Necə deyərlər rus misalı var ki, pis adamdan yaxşını belə qəbul etmə. Azərbaycan hakimiyyətinin mənim adımı "qara siyahı"ya salmasını şərəf kimi qəbul edəcəm, çünki bu ölkə ilə bağlı mənim təsəvvürlərim var. Heç bir halda soyqrım siyasətini dəstəkləmək olmaz."

Məlumat üçün bildirək ki, Rusiyadan Dağlıq Qarabağa səfər etmiş jurnalist və ictimai xadimlərin adları məlum olub. Bunlar Rusiyanın Ren TV kanalının “Taynı mira” verişinin aparıcısı, keçmiş kəşfiyyatçı Anna Çapman, İctimai Palatanın üzvü, jurnalist Denis Dvornikov, hüquq müdafiəçisi Sergey Karnauxov, “Russkiy reportyor” jurnalı və “Dairynews” informasiya agentliyinin müxbiri Aleksandra Rıjkova, “Opora Rossii” Ümumrusiya kiçik və orta sahibkarlıq ictimai təşkilatının sədri Pavel Siqal və təşkilatın nümayəndəsi İrina Tolmaçovadır. Rusiyalı jurnalist və ictimai xadimlərin bu səfərini Moskvanın “Ermənistan-Rusiya əməkdaşlığı” təşkilatı təşkil edib. Avqustun 30-dək Ermənistanda səfərdə olacaq heyət üzvləri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə də gediblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən ucuzlaşıb

22

May
09:21
İQTİSADİYYAT
76

Tələsən oğlan - VİDEO

21

May
22:04
NƏQLİYYAT
1650
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 10:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru