Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Avqust

2013
14:58
828
Rusiyadan Dağlıq Qarabağa səfər etmiş jurnalist və ictimai xadimlərin adları məlum olub

Bunlar Rusiyanın Ren TV kanalının “Taynı mira” verişinin aparıcısı, keçmiş kəşfiyyatçı Anna Çapman, İctimai Palatanın üzvü, jurnalist Denis Dvornikov, hüquq müdafiəçisi Sergey Karnauxov, “Russkiy reportyor” jurnalı və “Dairynews” informasiya agentliyinin müxbiri Aleksandra Rıjkova, “Opora Rossii” Ümumrusiya kiçik və orta sahibkarlıq ictimai təşkilatının sədri Pavel Siqal və təşkilatın nümayəndəsi İrina Tolmaçovadır.

Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etmiş bu şəxslər qondarma “DQR”in rəhbərliyi ilə görüş keçiriblər.

İctimai Palatanın üzvü, jurnalist Denis Dvornikov və “Opora Rossii”nin nümayəndəsi İrina Tolmaçova Kəlbəcər və Xankəndində çəkdirdikləri fotoları “facebook” sosial şəbəkəsində yerləşdiriblər.

Xatırladaq ki, rusiyalı jurnalist və ictimai xadimlərin bu səfərini Moskvanın “Ermənistan-Rusiya əməkdaşlığı” təşkilatı təşkil edib. Avqustun 30-dək Ermənistanda səfərdə olacaq heyət üzvləri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə də gediblər./Apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
74

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1339
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 05:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru