Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Avqust

2013
17:08
2189
Namizədlər Qarabağı necə qaytaracaqlar?
"20 ildə 5-6 həmsədr dəyişib. Bəs, Qarabağ məsələsində nə dəyişib?"

İqbal Ağazadə: “Cənubi Qafqaz Birliyi dövlətlərinin yaradılması ilə Rusiyanın regiondan çıxarılması məsələsi ən mühüm amillərdən biridir”

Cəmil Həsənli: “Ərazisi işğal olunmuş bir ölkədə bu qədər mənasiz çal-çağır, atəşfəşanlıq, müxtəlif tipli bayramlar, hazırkı formada televiziya proqramları tərtib etməyə ehtiyac yoxdur”

Araz Əlizadə: “Ermənilər Qarabağı müharibəsiz geri qaytarmayacaqlar”

İlyas İsmayılov: “İlk öncə qanunun tələblərinə uyğun olaraq bütün hərəkətlər həyata keçirilməlidiri”

Hafiz Hacıyev: “Torpaq bizimdir, istəsək hətta şumlayıb turp belə əkərik. Seçki konsepsiyamızın əsas müddəalarından biri budur ki, Azərbaycanın paytaxtı Xankəndinə köçürülmədi”

Ərəstun Oruclu: “Azərbaycanın yetərincə potensial və real imkanları vardır ki, Qarabağ problemini sülh yolu ilə həll etsin”

Natiq Cəfərli: "Qarabağla bağlı ən vacib konsepsiyalarımızdan biri budur ki, Dağlıq Qarabağdakı Azərbaycan vətəndaşı olan ermənilərlə danışıqları beynəlxalq təşkilatlar yox, Azərbaycanın Daxili İşlər Nazirliyi aparacaq"

Oktyabr ayının 9-da keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmüş siyasilərin qarşısında duran ən ümdə məsələlərdən biri işğal edilmiş Qarabağ torpaqlarımızın azadlığı ilə bağlıdır. Bəs maraqlı olan budur ki, bu ilki namizədlərimiz Qarabağı hansı formada qaytaracaqlarını düşünürlər? Sualımıza aydınlıq gətirmək üçün namizədlərlə əlaqə saxladıq? FaktXeber.com-a açıqlama verən siyasilər kifayət qədər maraqlı və fərqli fikirlər səsləndirdilər. 

Ümid Partiyasının sədri İqbal Ağazadə

İqbal bəy qeyd etdi ki, Qarabağın qaytarılması ilə bağlı geniş konsepsiya hazırlayıblar. Cənubi Qafqaz birliyinin yaradılmasının tərəfdarı olduqlarını qeyd edən Ümid sədri, “eyni halda Cənubi Qafqaz Birliyi dövlətlərinin yaradılması ilə Rusiyanın regiondan çıxarılması məsələsi də ən mühüm amillərdən biridir. Ümumiyyətlə Cənubi Qafqazda sabitlik və sülhün olması üçün ilk öncə ABŞ, Avropa Birliyi və Türkiyənin regionda rolu artırılmalıdır. Sonda Avropa Birliyi modelinə uyğun Cənubi Qafqaz Birliyi yaradılmalıdır”, - deyə bildirdi. 

Milli Şuranın ehtiyat namizədi Cəmil Həsənli isə hakimiyyətin Qarabağ siyasəti ilə bağlı yarıtmaz siyasət həyata keçirdiyi fikrindədir: “Azərbaycan hakimiyyətinin yeritdiyi ən uğursuz siyasət elə Qarabağla bağlıdır. Ötən illər ərzində biz Qarabağa heç 20 metr belə yaxınlaşmamışıq. 10 metr torpaq belə azad olunmadı. Nəticə etibarı ilə biz Qarabağdan 10 il bundan əvvəl olduğumuz mövqedən geriyə düşdük. Son 10 ildə Qarabağ Azərbaycan cəmiyyətinin birinci məsələsindən 10-cu məsələsinə çevrildi. Hakimiyyətin nəzarətində olan media qurumları xalqın Qarabağ kimi bir dərdinin olduğu müddətdə daha çox mətbəxi təbliğ etdilər. Ərazi problemi qala-qala şou biznesi cəmiyyətə güclə sırınıb. Bu gün hansısa sosioloji sorğu keçirilərsə, orada Qarabağla bağlı suallar da içərisində olsa, şou-biznesin heç bir mədəni, əxlaqi, mənəvi dəyərlərə uyğun gəlməyən nümayəndələri Qarabağ problemindən üstün yer tutacaq. Bu, Azərbaycan cəmiyyətinin böyük bir bəlasıdır. Digər tərəfdən, Minsk Qrupu özünü doğrultmur. 20 ildə 5-6 həmsədr dəyişib. Bəs, Qarabağ məsələsində nə dəyişib? Hər dəfə yeni həmsədr təyin olunanda Azərbaycan rəsmiləri onun necə diplomat olmasından, bu tipli konfliktlərin həllində əldə etdiyi təcrübədən cəmiyyətə mesajlar verir. Yeni həmsədrin gəlişi ilə nəyinsə dəyişəcəyini təqdim etmək istəyir. Lakin həmsədrlər dəyişir - problem dəyişmir. Ona görə də, əgər bir siyasət 5 il özünü doğrultmursa ondan çıxış yolları axtarmaq lazımdır. Yox, əgər 10 il doğrultmursa ondan imtina etmək lazımdır. 10 ildən artıq özünü doğrultmayan siyasət kökündən səhvdir. Bu səhv siyasətin əsiri olub qalmaq lazım deyil. Hesab edirəm ki, ilk növbədə işğal olunmuş ərazilər, Qarabağ probleminin ictimai fikirdəki yerini bərpa etmək lazımdı. Azərbaycan cəmiyyəti Qarabağ ağrısı ilə yaşamalıdır. Ərazisi işğal olunmuş bir ölkədə bu qədər mənasiz çal-çağır, atəşfəşanlıq, müxtəlif tipli bayramlar, hazırkı formada televiziya proqramları tərtib etməyə ehtiyac yoxdur. 

ASDP sədri Araz Əlizadə

Araz bəy Qarabağ probleminin həlli yolunun yalnız müharibə ilə mümkün olduğunu söylədi. İlk öncə peşəkar və müqaviləli ordu yaradılmasının zəruri olduğunu bildirən ASDP sədri, ermənilərin müharibəsiz torpaqları geri qaytarmayacağını söylədi. 

Ədalət Partiyasının sədri İlyas İsmayılov

İlk öncə qanunun tələblərinə uyğun olaraq bütün hərəkətləri həyata keçirəcəyini bildirən İlyas bəy, “əvvəlcə ATƏT-in Minsk Qrupunun məsələnin öhdəsində gələ bilməməsi ilə bağlı tələb qoyaram və bundan sonra Minsk Qrupunun neytrallaşdıraram. Artıq ATƏT-in qərarları dövlətlər üçün nə öhdəlik, nə də ki, hüquq yaradır. Bu yalnız tövsiyə xarakteri daşıyır”, - deyə bildirdi: “İlk öncə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin həyata keçirilməsi ilə bağlı tələb səsləndirməliyik. Əgər tələbimiz yerinə yetirilməsə bütün gücümüzü səfərbər edib, torpaqlarımız işğaldan azad etməliyik.”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev

Hafiz bəy bildirdi ki, prezident seçiləcəyi halda 6 ay ərzində Qarabağ münaqişəsini həll edəcək: “Bunu mən öz seçki platformamda da qeyd etmişəm. 6 ay ona görə ki, bu müddət ərzində hərbçilərimizi ideoloji baxımdan daha da gücləndirməyə ehtiyac var. Dağlıq Qarabağ Azərbaycanın torpaqlarıdır və istədiyimiz zaman orada əməliyyat keçirə bilərik. Torpaq bizimdir, istəsək hətta şumlayıb turp belə əkərik. Seçki konsepsiyamızın əsas müddəalarından biri budur ki, Azərbaycanın paytaxtı Xankəndinə köçürülmədi.”

Azadlıq Partiyasının sədri Əhməd Oruc 

Qarabağın qaytarılması ilə bağlı “Müddətli həll yolu” adlı proqramı hazırladıqlarını qeyd edən Əhməd bəy, ilk öncə beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəltməyin vacib olduğunu söylədi: “Bundan sonra dünya birliyinin iştirakı ilə Qarabağda anti-terror əməliyyatları həyata keçirməyi planlaşdırırıq. Biz müharibədən söhbət etmirik. Ona görə ki, heç bir dövlət öz ərazisində müharibə apara bilməz. Burada söhbət yalnız anti-terror əməliyyatlarında gedə bilər ki, o da hər bir dövlətin daxili işidir. Bunu üçün beynəlxalq aləmi hazırlamaq lazımdır. “

 “A13” hərəkatının rəhbəri Ərəstun Oruclu 

Prezidentliyə namizədliyini irəli sürülmüş “A13” hərəkatının rəhbəri Ərəstun Oruclu isə problemin həllinin yalnız və yalnız sülh yolu ilə mümkün olduğunu söylədi: “Hesab edirik ki, heç bir zorakı və silahlı üsul hər hansı bir münaqişənin həllinə səbəb olmayıb. Silahlı üsul həmişə yeni-yeni problemlər yaradır. Azərbaycanın yetərincə potensial və real imkanları vardır ki, Qarabağ problemini sülh yolu ilə həll etsin. Yəni lazımın gəlməsini gözləməyəcəyik.” 

REAL Hərəkatının rəhbəri İlqar Məmmədov

Real Hərəkatının icra katibi Natiq Cəfərli isə bildirdi ki, Dağlıq Qarabağla bağlı 4 bənddən ibarət konsepsiya hazırlayıblar: “İlqar Məmmədov bu günə qədər beynəlxalq təşkilat qarşısında Dağlıq Qarabağla bağlı kifayət qədər ciddi məsələlər qaldırıb. Biz konsepsiyamızı açıqlamaq üçün İlqar Məmmədovun namizədliyinin qeydə alınmasını gözləyirdik və artıq bu gündən etibarən imza toplama kampaniyasına başlayacağıq. Qarabağla bağlı ən vacib konsepsiyalarımızdan biri budur ki, Dağlıq Qarabağdakı Azərbaycan vətəndaşı olan ermənilərlə danışıqları beynəlxalq təşkilatlar yox, Azərbaycanın Daxili İşlər Nazirliyi aparacaq. Ona görə ki, Qarabağ bizim daxili məsələmizdir. Bu siyasət aləminə REAL tərəfindən gətirilmiş bir yenilikdir.” 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
0

Mərkəzi Bank "Mastercard"la memorandum imzalayıb

23

May
18:12
İQTİSADİYYAT
104

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
131
Şərhlər
Səyyaf Musayev.Gədəbəy r-n Qaraqoyunlu kəngi tərəfindən 27-08-2013 19:48:04 tarixində yazıldı
İravanı itirdik "İravanda xal qalmadı" Qarabaği itirdik "qarabağ şikəstəsi" qazandıq!
İqbal Ağazadə nə vaxt azərbaycanın birliyinə nail oldu ki,indi Qafqaz xalqının birliyini təşgil edir.Araz Əlizadə-bəli ermənilərQarabağı müharibəsiz geri qaytarmayacaq-Azərbaycan xalqı azad və müstəqil yaşamaq istəsə savaşmalı olacaq.Cəmil Həsənli-ərazisi işğal edilmiş bir ölkənin Umummilli Lider kimi şəxsiyyət formalaşdırması,atəşfəşanlıq,müxtəlif cür bayramlar keçirməyə mənəvi haqqı yoxdur!Əgər Araz Əlizadənin fikirləri əməli ilə düz olmasına inansam ona səs verərdim Mənim ücün ən uğurlu namizəd Cəmil Həsənlidir.Birdə ki,kim prezident seşilir seçilsin bircə əliyevlər hakimiyyətdən getsin!
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru