Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Avqust

2013
16:43
1967
Qazi Qarabağ azanı yenidən Qarabağda səsləndi
Bərdə və Tərtərdə “Yeni Üfüq"ün təşkilatçılığı ilə tədbir keçirlib

“Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Qarabağa doğru - Haqqın və Haqqımızın səsi ilə” adlı lahiyəsinə dəstək olaraq Bərdə və Tərtər şəhərində avqust ayının 26-da növbəti tədbirini keçirib. Tədbirdə “Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli çıxış edərək “Qarabağa doğru -Haqqın və Haqqımızın səsi ilə” adlı lahiyəsinə dəstək verməklə ölkəmizdə milli vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət etdiyini, doğma Qarabağ torpaqlarımızın işğaldan azad olması yolunda bu lahiyəyə ölkənin hər bir inanclı vətəndaşlarının dəstək verməsinin vacib olduğunu bildirib. FaktXəbər-in məlumatına görə, Qarabağ bölgəsinin ictimaiyyət və nüfuzlu mənəviyyat adamları ilə görüşdə Qarabağ Seyid Ocaqlarının təmsilçi Seyid Camal Əzimbəyli çıxış edərək, Qazi Qarabağ azanın bütün ölkə müsəlmanlarının milli və mənəvi ruha köklənməsində misilsiz bir xidmət olduğunu bildirib.

Hər iki rayonda Qarabağ azanı səslənərkən duyğulu anlar yaşanıb.

Tədbirdə Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon sədri Etibar Hüseynova, Tərtər rayon Ağsaqqallar Şurasının sədri, yazıçı Qədir Allahverdiyev, Rayon Cümə Məscidinin axundu Sadiq Cəfərov, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva və bölgənin digər ziyalıları bu Qazi Qarabağ azanına dəstəyi müqəddəs borc və vəzifə olduğunu söyləyiblər.

Hər iki şəhərdə keçirilən tədbirdə Qarabağın nüfuzlu din adamları ziyalılar, müharibə əlilləri, veteranları və şəhid ailələri, eləcə də çoxlu sayda gənclər iştirak edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
605

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1161
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 22:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru