Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Avqust

2013
14:20
795
Prezidentliyə namizədlərə Qarabağla bağlı açıq məktub var

Cəmil müəllim (Cəmil Həsənli nəzərdə tutulur- A.N) “Yeni Müsavat” qəzetində proqram xarakterli ilk müsahibəsini verdi. Müsahibədə bütün məsələlərə, o cümlədən Qarabağ məsələsinə toxunulur. “Xalq diplomatiyası”, Minsk qrupunun “fəaliyyəti”, daha doğrusu “ayı xidməti”, çal-çağır əhval-ruhiyyəsi, hakimiyyətə qarşı yönəltdiyi tənqidi, təhqir deyil, tənqidi fikirləri ilə raziyam və təqdir edirəm. Bunlar onun ləyaqətli vətəndaş, yaxşı müəllim, yaxşı alim olmasından irəli gəlir. Mövcud vəziyyət yaxşı təsvir olunur, lakin son cümlədə, çıxış yolu ilə bağlı cümlədə hamı kimi o da büdrəyir. “Hamı Qarabağ ağrısı ilə yaşamalıdır”, - deyir, amma Qarabağın hərbi yolla azad olunacağı fikrini dilinə gətirməkdən çəkinir.

Nədir onu və digərlərini hərbi yoldan çəkindirən? Eşitdiyim bir versiyaya görə, qorxurlar ki, “müharibə” desələr xalq müharibə perspektivindən qorxub onlara səs verməsin. Mən buna inanmıram, bizim xalq müharibə istəyir. Lap tutaq ki, elədir, məncə, elədirsə, torpağı işğal altında olan xalq müharibədən qorxursa, onda bu xalqın prezidenti olmağına dəyərmi? Müharibədən qorxan xalqa prezident olmaqdansa, gedib Avstraliyada qoyun otarmaq daha yaxşıdır.

Eşitdiyim başqa bir versiyaya görə, namizdlər qorxurlar ki, “müharibə” desələr xarici qüvvələr onları dəstəkləməyəcək. Əgər belədirsə, bu, milli maraqları güzəştə getməkdir, heç kəsin xətrinə dəyməsin, xəyanətdir. Amma mən buna da inanmıram. Azərbaycanda prezidentlərin hamısı müharibə tələbi ilə gəlib, kiçik də olsa müharibələrini ediblər. Ayaz Mütəllibov “Çaykənd əməliyyatı” ilə xeyli nəticəyə nail oldu. Əbülfəz Elçibəy müharibə şüarı ilə gəldi, dərhal da müharibəni başladı, xeyli nəticəyə nail oldu. Heydər Əliyev müharibə tələbi ilə gəldi, az sonra müharibəni başladı, xeyli nəticə əldə etdi. Bəzən deyirlər ki, nə oldu, məqsədə nail ola bilmədik. Dostlarımızın nəzərinə çatdırıram ki, Qarabağ məsələsi bir müharibə ilə həll ounan məsələ deyil, son nəticəyə qədər bir neçə müharibə olacaq. Ona görə də heç kəs bir müharibə nəticəsində məsələni bitirəcəyi ilə özünü aldatmasın, hər kəs öz payına, vaxtına düşən müharibəsini başlasın, nəticə özü gələcək.

İlham Əliyev də hakimiyyətə radikal mövqeyi ilə gəldi. Azərbaycanın maraqlarına cavab verməyən “mərhələli həll variantı”nı dərhal rədd etdi. Qeyri-rəsmi, amma rəsmi məlumatlardan heç də az ciddi olmayan məlumatlara görə, bir neçə dəfə müharibəni başlamağa çox yaxın olub.  2011-ci ildə Azərbaycan hakimiyyəti danışıqların davam etdirilməsi üçün şərt irəli sürdü: Ermənistanın silahlı qüvvələri bütün işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Mən buna müharibə elan etmək kimi baxıram. Amma başlamırlar. Niyə? Bəlkə qorxurlar? Doğurdan da, müharibə hər şeydən əvvəl cəsarət və qətiyyət tələb edir. Makedoniyalı İskəndər Qavqamel, Qay Yuli Sezar Rubikon, Sultan Mehmet Fateh Konstantinopol, Şah İsmayıl Araz, Napoleon Neman qarşısında qorxuya qalib gələ bildilər. Bizimkilərin indi Qarqar çayını keçməyəmi cəsarətləri çatmayacaq?! İnanmıram ki, qorxsunlar, qorxsaydılar Ramil Səfərovu ermənilərin caynağından alıb gətirməzdilər, rusları Qəbələdən qovmazdılar.

Sonda bir şeyi deyim: QAT-ın ağsaqqalları təklif edirlər ki, kim prezident seçilsə, 100 gündən sonra yalnız Qarabağ məsələsi ilə bağlı, hansı işləri görməsi ilə bağlı hesabat versin, bir iş görə bilməyibsə, könüllü çıxıb getsin.

Lap sonda bir şeyi də deyim: Qəribədir, iqtidar nümayəndəsi deyir ki, danışıqlar davam etdiriləcək, amma danışıqlar nəticə verməsə hərb yolu istisna deyil. Müxalifətin namizədi isə hərbi yolu tamamilə rədd edir. Bir ağıllı adam qabağa düşüb başa salsın, görək bu, nə deməkdir?

Mən bunu prezidentliyə namizədlərə açıq məktub kim yazdım, hörmətli namizədlər heç nədən çəkinmədən, açıq da cavab verə bilərlər.

P.S. Düz 20 il əvvəl, 1993-cü il avqustun 27-də Qarabağ Azadlıq Hərəkatının təsis yığıncağını keçirmişdik, onda hamı bir yerdə idi, hamı Qarabağ və müharibə deyirdi...

Akif Nağı
Qarabağ Azadlıq Təşkilatının sədri

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
72

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1339
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 04:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru