Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Avqust

2013
14:20
Zabratda aksiya keçirilir

Sabunçu rayonundan Zabrat qəsəbəsinə gedən yol həmin ərazidə yaşayan bir qrup sakin tərəfindən bağlanıb. 50-dən çox sakinin aksiya keçirdiyi yerə  Sabunçu rayon 15-ci polis bölməsinin 30-a yaxın əməkdaşı cəlb edilib.

Bölmədən məlumatı təsdiqləyiblər. Qeyd olunan ərazidə həqiqətən də yol bağlanıb və polis əməkdaşları hadisə yerinə göndərilib. Bölmədən bundan artıq məlumat verilməyib.

Sabunçu Rayon Polis İdarəsindən isə sakinlərin həmin yolda işıqfor və ya piyada keçidinin qoyulması tələbi ilə aksiya keçirdiklərini deyiblər. Bununla belə, polis sakinlərin bu cəhdinin qarşısını alıb: "Yolu bağlamaq olmaz. Buna imkan verilməyib. Yol bağlı qalmayıb. Lakin əhalinin tələbi ilə əlaqədar müvafiq orqanlara məlumat verilib. Rayon İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyi tələblə bağlı məlumatlandırılıb”.

Onu da qeyd edək ki, sözügedən ərazi piyadalar üçün təhlükəli yer sayılır. Son bir ayda həmin ərazidə ölümlə nəticələnən bir neçə yol-qəza hadisəsi baş verib. Bununla belə, yolun həmin hissəsində təhlükəsizlik tədbirləri hələ ki, görülməyib./
Aznews

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48010

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46082

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47715

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47336

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52863

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46933

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47350
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-10-2020 19:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru