Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Avqust

2013
20:34
1229
`Ayntraxt`ın baş məşqçisi `Qarabağ`dan danışdı

Bu gün "Ayntraxt"ın baş məşqçisi Armin Fe Tofiq Bəhramov adına Respublika stadionunda mətbuat konfransı keçirib.


Almaniyalı mütəxəssis ilk olaraq Avropa Liqasının son təsnifat mərhələsində "Qarabağ"a  sabahkı oyunla bağlı fikirlərini açıqlayıb.

- "Qarabağ"ı Bundesliqada hansı komanda ilə müqayisə etmək olar?

- Sözün düzü, indi bunu konkret demək asan deyil. Çünki Azərbaycan liqası haqda məlumatım yoxdur. Qarabağ"ın Avropada rəqibləri Bundesliqa komandası səviyyəsində olmayıb. Yaxşı baş məşqçiləri var, topla yaxşı oynayırlar. Buna görə bizə asan olmayacaq. Futbolçularım qalib gəlmək üçün bütün güclərini qoymalı olacaq.

- "Qarabağ" 2 il öncə turnirdə "Borussiya" ilə üzləşib...

- Bu, əvvəl olub. O vaxtkı "Qarabağ" fərqli idi.

- Maraqlıdır, "Borussiya"nın baş məşqçisi Yurgen Kloppdan məsləhət almısınız?

- Yox.

- Bəs Azərbaycandan, məsələn, Bernard Lippertdən, Berti Foqtsdan...

- Onlar öz futbolçuları haqda düşünürlər və mənə məlumat verməzdilər.

- Bakıya əsas hansı məqsəd üçün gəlmisiniz?

- Hər halda, yaxşı nəticə gözləyirik. Biz istəyirik ki, biz burdan nəticə ilə qayıtmalıyıq ki, qrupa düşək. Biz bunu həqiqətən istəyirik. "Qarabağ"ın üstünlüyü ondadır ki, bizdən çox oyun keçirib.

- İlk turda "Herta"ya gözlənilməz 1:6 hesablı məğlubiyyəti nə ilə izah edərdiniz?

- Bu, qeyri-sabitliklə bağlı deyil. Hesab edirəm ki, "Bavariya"ya qarşı başabaş oynadıq. Hətta xal qazanmağa layiq idik. Ancaq hakim halal qolumuzu saymadı.

- "Qarabağ"ın müdafiə xəttini necə dəyərləndirərdiniz?

- Biz hələ bu rəqibə oynamamışıq. Futbolçularım rəqibin üstün və cəhətləri haqda oyundan 1 gün öncə məlumat veririk. Bu isə məşqdən qabaq olduğundan, oyunçularımız "Qarabağ" haqda hələ bir şey deyə bilməz

- Komandanızın kapitan Pirmin niyə Bakıya gəlməyib?

- Çünki ötən mövsümün sonunda zədələndikdən sonra bərpa prosesi keçib. Hələ tam hazır deyil. İndi oynatsaydıq, bərpasına yenə vaxt gedəcəkdi. Onun növbəti turda oynayacağını deyə bilmərəm. Ondan başqa Sebastyan Yanq da görüşdə iştirak etməyəcək.

- "Qarabağ"ın kimisə fərqləndirərdiniz?

- Rəqibimiz topla oynamağı sevir. Ancaq "Qarabağ"da kimisə fərqləndirə bilmərəm. Ümumiyyətlə, komandamızın üstün, yaxud zəif cəhətlərini sizə deməyəcəm.

- Komandanız hücum, yoxsa müdafiə futbolu oynayacaq?

- Bunu indidən deyə bilmərəm. Oyunun gedişi bunu göstərəcək.

- Bakıdakı isti oyununuza təsir göstərə bilərmi?

- Yox. Çünki Almaniyada da son günlər istidir./
Apasport

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
120

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
253

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2344
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 08:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru