Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Avqust

2013
16:08
Üzeyir Cəfərov: “Korpus komandiri general Rövşən Əkbərov, Firuz Fərəcov əsir düşərkən hərbi hissəsinin komandirinə göstəriş verib ki, hadisəni olduğu kimi yox, onlara sərf edilən şəkildə qələmə versinlər”

Ermənistan tərəfi əsir götürülən Azərbaycan hərbçisini geri qaytarmağa razı olub. Bu barədə Ermənistan Müdafiə Nazirinin Mətbuat Xidmətinin rəhbəri Artsrun Ovannsiyan məlumat verib. Onun sözlərinə görə, Azərbaycan hökumətinin qərarından asılı olmayaraq, Ermənistan əsiri geri qaytaracaq. Ermənistan Azərbaycan tərəfinə əsir düşən Akop İnciqulyanın qarşılığında Firuz Fərəcovun qarşı tərəfə təhvil veriləcəyini də vurğulayıb:

“Biz azərbaycanlı əsiri sağ-salamat geri qaytarmaq üçün hərbi əsirlərə qarşı məsuliyyətimizi ifadə edən sazişlər imzaladığımız müvafiq beynəlxalq təşkilatlarla işləyəcəyik”. 

Lakin ordumuzun əsgəri və hazırda Ermənistanda əsir olan Firuz Fərəcovun bir neçə müddət bundan Azərbaycan qayıtmaqdan itmina etməsi və üçüncü bir ölkəni seçməsi ilə bağlı məlumat yayılmışdı. Onu da qeyd edək ki, hazırda Firuz Fərəcov barədə Hərbi Prokurorluq tərəfindən ağır ittihamlarla cinayət işi açılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib. Baş verənlərlə bağlı FaktXeber.com-a açıqlama verən Firuz Fərəcovun hüquqlarının müdafiəsi ilə məşğul olan hərbçi-ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi ki, dünən Qırmızı Xaç Komitəsinin nümayəndələri Bakıda erməni əsir Akop İnciqulyanla görüşüblər. Akop İnciqulyanın Ermənistana qayıtmaqdan imtina etdiyini bildirən Üzeyir bəy, “ erməni əsir öz ölkəsinə qayıtmaq istəmir. Onun yazdığı məktubda da bu fikirlər qeyd edilib. Eyni halda məndə olan məlumatlara görə Qırmız Xaç Komitəsinin nümayəndələri ya bu gün, ya da ki, sabah Firuz Fərəcovla görüşəcəklər”, - deyə bildirdi: “Bildiyim qədər Firuz Fərəcova müəyyən təzyiqlər edilib ki, o Azərbaycana qayıtsın. Onlar çalışırlar ki, tez bir müddətdə Firuz Fərəcovla Akop İnciqulyan dəyişsinlər. Lakin bildiyim qədər Firuz Fərəcov Azərbaycana gəlməkdən imtina edib və o üçüncü bir ölkə seçib. Onun Azərbaycana qayıtmaq istəməsini deməsi anlaşılandır. Çünki o çox gözəl bilir ki, ona qarşı Bakı Hərbi məhkəməsi həbs qətimkan tədbiri seçib.”

Üzeyir bəy onu da bildirdi ki, Firuz Fərəcovun əsir düşməsi və postdan oğurlanması ilə bağlı ciddi məlumatlara malikdirlər: “Biz də olan məlumata görə korpus komandiri general Rövşən Əkbərov, Firuz Fərəcov əsir düşərkən hərbi hissəsinin komandirinə göstəriş verib ki, hadisəni olduğu kimi yox, onlara sərf edilən şəkildə qələmə versinlər. Nəticədə də Respublika Hərbi Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Təhmin Hümbətov tərəfindən cinayət işi qaldırıldı və bundan sonra Bakı Hərbi məhkəməsi Firuz Fərəcovun həbs edilməsi barədə qərara çıxardı. Belə bir vəziyyətdə Firuz Fərəcovun Bakıya qayıtması ağla batan deyil. Çünki Firuz Fərəcov geri qayıdacağı halda onu nəyin gözlədiyini çox gözəl bilir və ermənilər cinayət işinin açılması barədə ona məlumat veriblər.”

Firuz Fərəcovla Akop İnciqulyanın dəyişdirilməsini siyasi alver predmetinə çevirmək istədiklərini bildirən ekspert, “burada şou düzəltmək istəyirlər ki, guya əsir əsgərimizi geri qaytardıq. Çox təəssüf ki, baş verənlərdən tamamilə xəbərdar olan və Firuz Fərəcova ədalətsizcəsinə cinayət işinin qaldırıldığını bildirən millət vəkili Aydın Mirzəzadə çox riyakarcasına əsgərimizin qanunların himayəsi altına alınacağını söyləyir”, - deyə bildirdi: “Akop İnciqulyan əsir düşməsi ilə bağlı Ermənistanda ciddi şəkildə narazılıqlar baş qaldırıb. Ona görə Ermənistan hakimiyyəti qısa bir zaman ərzində əsirlərin dəyişdirilməsi çalışır. Təbii ki, Firuz Fərəcovun dəyişdirilməsi məsələsi alınmasa, Sadaxlı kəndindən əsir düşmüş vətəndaşımızın dəyişdirilməsi baş tuta bilər. Bir sözlə hər şey bu həftənin sonuna qədər bilinəcək.” 

Sonda Üzeyir bəy bildirdi ki, Firuz Fərəcovun ailəsi övladlarının belə bir vəziyyətdə ölkəyə qayıtmasına görə ciddi şəkildə narahatdırlar: “Biz məsələ qaldırmaq istəyir ki, Hərbi Prokurorluq və Hərbi Məhkəmə, Firuz Fərəcov barədə irəli sürdüyü ittihamları və həbs qətimkan tədbirini ləğv etsin. Bundan sonra obyektiv şəkildə araşdırma aparılsın və əgər Firuz Fərəcovun təqsiri sübuta yetirilərsə ailəsi belə razıdır ki, övladlarına qarşı ən ağır ittihamlar irəli sürülsün. Firuz Fərəcov əsir düşəndən sonra onun yanındakı Ucar rayonun olan əsgər Rövşən Əkbərovun tapşırığı ilə dərhal məzuniyyətə göndərilib və tapşırıq verilib ki, hadisə haqqında bir kəlmə belə olsa danışmasın. Əsgərin adı və familiyası da bizdə var.“

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
573

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
445

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
525

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
537
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 07:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru