Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Avqust

2013
10:35
Özünü FHN əməkdaşı kimi təqdim edən dələduza hökm oxundu

Özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edərək vətəndaşların pulunu mənimsəyən Mirağa Miriyevin cinayət işi üzrə məhkəmə başa çatıb. FaktXeber.az-ın məlumatına görə, İmişli rayon Məhkəməsinin hökmü ilə M.Miriyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, vətəndaşaların şikayəti əsasında İmişli rayon sakini, 1967-ci il təvəllüdlü Mirağa Miriyev həbs edilib. M.Miriyev özünü FHN-nin əməkdaşı kimi təqdim edərək əhalini aldadıb. Kür daşqınlarından zərər çəkən vətəndaşlardan 2011-2012-ci illərdə dələduzluq yolu ilə 20 min manata qədər pul alıb və söz verib ki, onlar üçün yeni evlər tikəcək. Hələlik onun barəsində 12 nəfər şikayət edib. İstisna olunmur ki, aldadılmış vətəndaşların sayı arta bilər.

Mirağa Miriyev əvvəllər də dələduzluq üzündən məhkumluq həyatı yaşayıb. O, Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 (dələduzluq) maddələri ilə ittiham edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

31

May
14:00
ÖLKƏ
146

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
522

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
267
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 14:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru