Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Avqust

2013
11:06
İslamçıların lideri Mövsüm Səmədovun sənədləri MSK-ya təqdim edilib
Akif Heydərli: ”Baş verənlərin hamısı siyasi sifarişin nəticəsidir və Mövsüm Səmədov özünün seçkidə iştirakını məqbul və qanuna uyğun hesab edir”

“AİP Doktor Mövsüm Səmədovun namizədliyini Təşəbbüs Qrupu vasitəsilə irəli sürüb. Artıq AİP liderinin namizədliyinin irəli sürülməsi ilə bağlı bütün sənədlər hazırdır. Bununla bağlı Mövsüm Səmədov tərəfindən həm bildiriş vərəqəsi, həm də ki, vəkalətnamə imzalanıb.”  Bu sözləri FaktXeber.com-a AİP-in sədr müavini Akif Heydərli AİP lideri Mövsüm Səmədovun prezidentliyə namizədliyi ilə bağlı görülən işlərlə əlaqədar açıqlama verərkən söyləyib. Müsahib qeyd etdi ki, bununla əlaqədar artıq Təşəbbüs Qrupunun üzvlərinin iclası çağırılıb: “İclasın protokolu artıq hazırdır və İslaminsesi.az qəzetinin redaksiyasının möhürü ilə möhürlənib. Keçən həftənin şənbə günü sənədləri MSK-ya təqdim etmək istəməyimizə baxmayaraq qısa iş günü ilə əlaqədar səylərimiz nəticəsiz qaldı. Lakin bu gün sənədləri MSK-ya təqdim etdik və MSK tərəfindən sənədlər qəbul olundu.”

Mövsüm Səmədovun namizədliyinin irəli sürülməsi ilə bağlı hər hansı bir hüquqi maneənin olmadığını söyləyən Akif Heydərli, “ belə bir mane ola da bilməz. Ona görə ki, Təşəbbüs Qrupunun üzvləri regionlardan idi və onların toplaşması üçün heç bir maneə yox idi. Onlar Bakı şəhərində toplantı keçirdilər və protokol paytaxtda tərtib edilmişdi”, - deyə bildirdi: “Mövsüm Səmədovun həbsdə olmasını və konstitusiyaya görə ağır cinayət törətmiş şəxslərin namizədliyinin irəli sürülməsinin mümkünsüzlüyünü anlayırıq. Lakin Mövsüm Səmədovun həm bildiriş, həm də ki, öhdəlik ərizəsində qeyd olunub ki, AİP lideri ona qarşı irəli sürülən ittihamları heç birini qəbul etmir. Hətta sözü gedən ittihamlar məhkəmə tərəfindən də lazımı formada sübuta yetirilmədi. Bir sözlə Mövsüm Səmədov özünü cinayətkar hesab etmir və ona qarşı irəli sürülən ittihamların hamısı əsassızdır. Baş verənlərin hamısı siyasi sifarişin nəticəsidir və Mövsüm Səmədov özünün seçkidə iştirakını məqbul və qanuna uyğun hesab edir.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
429

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
362

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
342
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 20:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru