
FaktXəbər-in məlumatına görə, DGTYB-nin Sankt-Peterburq təmsilçisi Şahnaz Kamalın “Güldar” hekayələr kitabı avqustun 17-də oxucuları ilə görüşüb. "Güldar" Şahnaz Kamalın ilk kitabıdır. Kitabda gənc yazarın son üç ildə qələmə aldığı hekayələr toplanıb. Hekayələr müxtəlif mövzuları əhatə edir.
Kitabın təqdimatında gənc yazarlar, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak edib. Onlar kitab barədə öz müsbət fikirlərini ifadə ediblər. Tədbirdə çıxış edən millət vəkili Sabir Rüstəmxanlı gənc yazara bundan sonrakı işlərində uğurlar arzulayıb.
Qeyd edək ki, kitabda "Gülər", "Falçı", "Fars dili" və başqa, toplam 11 hekayə yer alıb.
Şahnaz Novruz qızı hazırda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində SPbDU (SPBQU)- nun Şərqşünaslıq fakültəsinin Türkologiya bölməsində təhsilini davam etdirir.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO