Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Avqust

2013
20:25
Prezidentliyə 5 namizəd seçki sənədlərini MSK-ya təqdim edib

Avqustun 7-si saat 18:00-a olan məlumata görə, 5 prezidentliyə namizəd seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Bu barədə Trend-ə MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

A.Sarıyev bildirib ki, bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından partiyanın sədri Fuad Əliyev və öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədovdur (İlqar Altay).

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib.

Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

31

May
14:00
ÖLKƏ
116

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
511

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
267
Şərhlər
Sevinc Ibrahimova tərəfindən 12-08-2013 19:00:01 tarixində yazıldı
Ilham Aliyev
Menim tek namizedim var o da Cenab Ilham Eliyevdir.Umid edirem novbeti defe prezident secilenden sonra ilk iwi muellimlerin maawini qaldirmaq olacaq!
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 14:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru