Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Avqust

2013
11:31
766
Oqtay Əsədov İranın parlamentinin sədri ilə Qarabağ müzakirəsi aparıb

İran prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak üçün Tehrana səfər edən Milli Məclisin sədri Oqtay Əsədov avqustun 4-də İslam Şurası Məclisinin sədri Seyid Əli Laricani ilə görüşüb.

Oqtay Əsədov qeyd edib ki, Azərbaycanla İranın münasibətlərinin inkişafında mühüm rol oynayan parlamentlərarası əlaqələrin yüksəlişi üçün geniş imkanlar mövcuddur. O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində İranın imkanlarını diqqətə çatdırıb.

İran parlamentinin sədri deyib ki, iki ölkə arasında tarixi tellərlə bağlı olan əlaqələr bundan sonra da sıx şəkildə qorunacaq. O qeyd edib ki, İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıyıb və münaqişənin Azərbaycanın dövlət sərhədlərinin qorunması əsasında həllinə tərəfdardır.

Görüşdə iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinə dair ətraflı müzakirələr, gömrük-keçid məntəqələrinin fəaliyyəti və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb./AzərTAc

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
120

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
253

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2344
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 08:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru