Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Avqust

2013
12:50
1934
Avrasiya İttifaqı müqabilində Qarabağ qaytarıla bilərmi?
Fikrət Sadıqov: “Dünyada həmişə hansısa aktual məsələlər və problemlər güzəştli formatda həll edilib”

Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanın Avrasiya İttifaqına üzv olması elə də ciddi nəticələrə gətirib çıxarmayacaq. Yeni yaradılacaq qurumu MDB ilə müqayisə edən siyasilər, Avrasiya İttifaqının MDB kimi ölü doğulacağını və ciddi fəaliyyət göstərə bilməyəcəyini söyləyirlər. Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən politoloq Fikrət Sadıqov qeyd etdi ki, Avrasiya İttifaqı hələki rusların özləri üçün də mahiyyəti bəlli olan qurum deyil. Avrasiya İttifaqının hər hansı bir proqramının və əsas konsepsiyasının olmadığını bildirən politoloq, “ Azərbaycanın hazırda Avrasiya İttifaqına üzvlüyü reallığa əsaslanmayan bir addım olardı. Eyni zamanda Azərbaycan üzv olacağı təqdirdə belə eyni şərtlər irəli sürməlidir”, - deyə bildirdi: “Bizim ən aktual və ağrılı problemimiz Qarabağla bağlıdır. Əgər Rusiya münaqişənin həllində bizə köməklik edərsə və 7 rayonumuzun boşalmasında kömək göstərərsə, ittifaqa üzv olmaqla bağlı müəyyən müzakirələrə getmək mümkündür. Dünyada həmişə hansısa aktual məsələlər və problemlər güzəştli formatda həll edilib. Əks halda heç bir imtiyaz almadan Azərbaycanın Avrasiya İttifaqına üzv olması yolverilməzdir.” 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
5

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1161
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 22:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru