Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Avqust

2013
13:06
1097
Putinin səfəri çərçivəsində Qarabağ problemi
İlqar Vəlizadə: “Putinin səfəri çərçivəsində sonuncu bəyanatda göstərilən məsələlərlə bağlı müəyyən danışıqlar aparılacaq"

“Təbii ki, Putinin səfəri çərçivəsində Qarabağ məsələsi də müzakirə ediləcək. Çünki ikitərəfli münasibətlərin normallaşdırılmasında Qarabağ problemi ən əhəmiyyətli məsələlərdəndir. Media və sosial şəbəkələrdə səfərlə bağlı Qarabağ probleminin ikinci plana atılması əlbəttə ki, təəssüf doğurur.”

Bu sözləri FaktXeber.com-a politoloq İlqar Vəlizadə “Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri Qarabağ münaqişəsinin həllinə necə təsir edəcək”, - sualını cavablandırarkən qeyd edib. Müsahib bildirdi ki, son zamanlar Rusiya Qarabağ münaqişəsində daha çox konstruktiv mövqe tutur: “Elmar Məmmədyarov may ayında Rusiyaya səfər edəndə, qarşı tərəfin xarici işlər naziri açıqlama vermişdi ki, Ermənistan ordusu işğal edilmiş Azərbaycan torpaqlarını tərk etməlidirlər. Əslində son illər ərzində Rusiya tərəfindən bu cür açıq bəyanat verilməmişdi. Yəqin ki, Putinin səfəri çərçivəsində sonuncu bəyanatda göstərilən məsələlərlə bağlı müəyyən danışıqlar aparılacaq. ” 

Sonda İlqar bəy bildirdi ki, prezident seçkilərindən sonra Rusiyanın Qarabağ problemi ilə bağlı aktivləşəcəyi ehtimal edilir: “Hər halda baş verənlər bu cür düşünməyə imkan verir.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
29

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
30

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
112

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1857
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 12:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru