Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Avqust

2013
11:52
1268
`Qüds və Qarabağ dərdi bütün islam dünyasının probleminə çevrilməlidir`
“Qüds Günü zamanın bütlərinin dağıdıldığını gündür. Günümüzün və zəmanəmizin ən böyük bütü isə İsrail və sionist rejimidir”

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı” və “Azərbaycan Birlik Təşkilatı ”İnsan haqları: Qüds və Qarabağ – eyni dərddə” mövzusunda elmi-nəzəri konfrans keçirib. Tədbirdə siyasi xadimlər, QHT, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, tədbirdən öncə Şəhidlər Xiyabanı ziyarət edilib   

Tədbirdə ilkin olaraq çıxış edən Birlik Təşkilatının sədri Vüsal Hətəmov bildirdi ki, öz işğalçılıq dərdini yaşamayan xalq, digərlərini dərdlərinə sahib çıxa bilməz. Dünyanın böyük güclərinin Qarabağ problemindən bir vasitə kimi istifadə etdiyini bildirən Birlik sədri, Qüds və Qarabağ problemini oxşar dəyərlərin birləşdirdiyini söylədi. 

Sonra çıxış üçün söz Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıya verildi. Qüds və Qarabağ dərdinin bütün islam dünyasının probleminə çevrilməsinə ehtiyacın olduğunu bildirdən QAT sədri, “bu istiqamətdə hazırda müəyyən addımlar atılmaqla yanaşı təşəbbüslər də irəli sürülüb. Hazırda dünyanın ən dərdli və  həll edilməyən problemləri yalnız müsəlman dünyasına aiddir. Bura Qüds, Kəşmir, Qarabağ və digər problemlər daxildir”, - deyə bildirdi: “Harada görsəniz havaya tüstü qalxır, bilin ki, orada müsəlman yandırılır. Problemlərin aradan qaldırılması yalnız müsəlman dünyasının birliyindən keçir. Ona görə  Qüds Günü kimi əlamətdar günlərin keçirilməsi çox mühümdür. Bir sözlə müsəlman dünyası haqsızlığa və ədalətsizliyə qarşı daima etiraz etməli və işğalların aradan qaldırılması üçün ciddi səylər göstərilməlidir. Qüds problemində olduğu kimi Qarabağ münaqişəsində də beynəlxalq güclər sanki görməməzlikdən gəlirlər. Verilən bəyanatların imzalan qətnamələrin sanki nə Ermənistana gücü çatır, nə də ki, İsrailə.”    

Tədbdirdə iştirak edən DEVAMM sədri İlqar İbrahimoğlu çıxışı zamanı bildirdi ki, təxminən 20-21 il bundan öncə Qüds problemi Azərbaycan xalqı və cəmiyyəti üçün mühüm önəm kəsb etməyə başlayıb: “Ötən əsrin 50-ci, 60-cı illərində belə fikir formalaşmışdı ki, dünyada yalnız sağçı və solçu ideologiyası var, din anlamı artıq qapanıb. Lakin 70-cı illərdə ciddi islam oyanışı baş qaldırdı və məsələ o qədər ciddi əhəmiyyət daşımağa başladı ki, bütün dünyada müsəlmanların həyatı üçün önəmli və mühüm məsələlər gündəmə gətirildi. Nəticədə müsəlman dünyasının ən tanınmış siması və alimi olan İmam Xomeyni cənablarının yüz milyonlarla müsəlmanlara, müqəddəs Ramazan ayı ərzində oruc tutduqdan, quran oxuduqdan və əhya saxladıqdan sonra ayın sonuncu cümə günündə Qüds Günün keçirilməsini zəruri hesab etməsi müsəlman dünyasını daha aktivləşdirdi. Qüds Gününün qeyd edilməsi müsəlmanlar üçün həddən artıq ciddi bir məsələdir. Qüds Günü yəni İslam günü. İslam bütləri dağıtmaq mahiyyətinə malikdir. Qüds Günü də zamanın bütlərinin dağıdıldığını gündür. Günümüzün və zəmanəmizin də ən böyük bütü İsrail və sionist rejimidir. İslamda nə varsa, Qüds günündə də vardır. Qarabağ və Qüds dərdi olmayan namaz, səcdə, dua, oruc və. s ibadətlərin heç bir əhəmiyyəti və mənası yoxdur.” 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
518

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
95
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 19:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru