Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Avqust

2013
23:30
2567
`Qarabağ` `Gefle`ni də məğlub etdi - Video

Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" klubu bu mövsümdə beşinci matçına çıxıb.

Qurban Qurbanovun komandası doğma azarkeşləri önündə İsveçin "Gefle" klubunu qəbul edib. Bu mövsüm Avroliqada öz meydanında keçirdiyi iki oyunda qələbə qazanan Ağdam təmsilçisi "Gefle" ilə görüşün də əsas favoriti hesab olunurdu.

Fasiləyə 0:0 hesabı ilə qolsuz yollanan "Qarabağ" ikinci hissədə təzyiqi artırıb ki, bunun da nəticəsini görüb. Oyuna sonradan daxil olan Reynaldo matçın 89-cu dəqiqəsində vurduğu qolla komandasına qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra - avqustun 8-də İsveçdə keçiriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
611

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1162
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 23:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru