Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Avqust

2013
15:19
1147
Mehriban Əliyeva Qarabağ müzakirələrinə qatılacaq?
Fransa-Ermənistan dostluq qrupunun sədri Filip Katsenbah erməni və azərbaycanlı deputatları Qarabağ münaqişəsinin nizamlanması məqsədilə dialoqun qurulması üçün dəvət edir

FaktXəbər-in məlumatına görə, "Panarmenian" saytı Nouvelle d`Armenie-ya istinadən bildirib ki, Katsenbah Ermənistan-Fransa dostluq qrupunun rəhbəri Ara Babloyan və Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri Mehriban Əliyevaya dəvət göndərib.

Məktubda deyilir: “Noyabrın 29-da erməni deputatların Fransaya səfəri zamanı Dağlıq Qarabağda vəziyyətə dair “dəyirmi masa” təşkil etmək istəyirdim. Görüşə ATƏT-in Minsk Qrupunun keçmiş fransalı həmsədrini də dəvət etmək istərdim. Dostum Ara Babloyan Fransada Ermənistan və Azərbaycan parlamentariləri arasında görüşə maraq göstərib. Məqsəd Qarabağda davamlı sülhün əldə olunması istiqamətində fəaliyyətə başlamaqdır. Bundan əlavə, “dəyirmi masa”da iştirak etmək üçün “Fransa-Qafqaz” dostluq qrupunun prezidentini dəvət etmək niyyətindəyəm”.

O deyib ki, M.Əliyeva ötən ilin yazında öz prinsipial razılığını verib. Katsenbah ümidvar olduğunu bildirib ki, Dağlıq Qarabağda sülhə nail olmaq üçün Fransa Senatında daha bir imkan yaranacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Qalatasaray" ilk transferini etdi

21

May
13:00
İDMAN
46

Babək prospektində yol çökdü - FOTO

21

May
12:51
HÜQUQ,HADİSƏ
750

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
54

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
36

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
118

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1862
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 13:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru