Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Avqust

2013
15:12
Sosial yardım istəyənlərə xoş xəbər

Son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı sistemində mütəmadi təkmilləşdirmələr aparılmış, həmçinin yardım üçün tələb olunan sənədlərin sayı xeyli azaldılıb.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, hazırda ünvanlı sosial yardım üçün müraciət edən vətəndaşlardan təmsil etdikləri ailənin tərkibi və gəlirləri barədə məlumatların təqdim edilməsi üçün ümumilikdə 5 sənəd tələb olunur. Lakin yardım üçün müraciət edildiyi zaman ailənin tərkibində demoqrafik göstəricilər və ailənin gəlir mənbələri müxtəlif olduğu hallarda digər (törəmə) sənədlərin, o cümlədən fərdi əməkdən əldə edilən gəlirlər barədə rəsmi məlumat kimi məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi və belə gəlirlər barədə müvafiq arayışların tələb olunmasına zərurət yaranır.

Nazirlik “Elektron Hökumət” portalının yaratdığı imkanlardan istifadə olunmaqla ünvanlı sosial yardım üçün vətəndaşlardan tələb olunan sənədlərin sayının daha da azaldılması niyyətindədir. Bununla bağlı olaraq, vətəndaşların ünvanlı sosial yardım almaq hüququna baxılması üçün onlara dair müvafiq məlumatların aidiyyəti dövlət qurumlarının informasiya ehtiyatlarından əldə olunması işlərinə başlanıb və artıq Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin informasiya ehtiyatlarından istifadə reallaşıb. Digər müvafiq qurumların, o cümlədən Ədliyyə Nazirliyinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Dövlət Sosial Müdafiə Fondunun da informasiya ehtiyatlarından istifadənin təmin olunması işləri yaxın günlərdə başa çatdırılacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
25

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
190

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
214

Teledərslərin başa çatacağı tarix açıqlanıb

03

İyun
11:57
ELM / TƏHSİL
236

AzTV-nin operatoru karantinə alındı

03

İyun
10:57
ÖLKƏ
448

Cəlilabadda 9-cu sinif şagirdi çayda boğulub

03

İyun
10:00
HÜQUQ,HADİSƏ
285

Xarici valyutaların manata qarşı məzənnələri

03

İyun
09:29
İQTİSADİYYAT
300
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 15:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru