Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 İyul

2013
12:16
992
Möhsin Pakayin: İranın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün layihəsi var

İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Füzuli rayonuna səfər edərək Horadiz sərhəd keçid məntəqəsinə baxış keçirəcək. Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bu gün Qüds günü ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, Aslanduz-Horadiz sərhəd keçid məntəqəsinin açılması ilə bağlı Azərbaycan və İran tərəfində müsbət münasibət var və müzakirələr davam edir.

O deyib ki, Ramazan ayından sonra azərbaycanlı dostları ilə birgə Horadizə səfər edəcək.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan səfir, həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsi tez bir zamanda həll olunmalıdır: "Münaqişə uzun zamandır davam edir. Biz münaqişənin həlli üçün hazır olduğumuzu bəyan etmişik və bu məsələ ilə bağlı layihəmiz də var. Amma təbii ki, lazım olan zamanda biz bu layihəni açıqlayacağıq".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
506

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
90
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 18:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru