Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyul

2013
16:10
982
Üç nəfərin ölümündə təqsirli bilinən `Kamaz` sürücüsünə hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində üç nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən Rusiya Federasiyasının Novosibirsk vilayətində anadan olmuş 1986-cı il təvəllüdlü Ramil Quliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

FaktXeber.az-ın məlumatına görə, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən  prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ramil Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Ramil Quliyev 4 iyul 2012-ci il tarixdə, saat 00:30-da idarə etdiyi “Kamaz-5410” markalı yük avtomobili ilə Mingəçevir şəhərindən Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 198-ci kilometrində, Kürdəmir rayonunun ərazisində Əli Cabbarovun Qazax istiqamətində idarə etdiyi “VAZ-21099” markalı avtomobili ilə toqquşub. Nəticədə Əli Cabbarov, onun avtomobilində olan sərnişinlər Fuad Cəfərov və Abbas Cəfərov hadisə yerində ölüblər.

İstintaq araşdırması zamanı yol qəzasının törədilməsində günahkar Asif Nəzərovun olduğu müəyyən edilib və o, həbs edilib. Asif Nəzərovun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
270

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
164

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
245

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
181

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
191

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
175

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
196
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 02:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru