Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyul

2013
12:34
Özbəkistan prezidenti şah kimi təqdim olundu

FaktXəbər-in verdiyi məlumata görə, Özbəkistanda "Turkiston" adlı qəzet ölkə başçısı İslam Kərimovla bağlı maraqlı məqalə dərc edib. Məqalədə İslam Kərimova prezident kimi deyil, padşah kimi müraciət olunub.

Qeyd edək ki, qəzetdə dərc olunan yazıda bu ifadələrə yer verilib: "Min dəfə yaradana şükr edirik ki, bizə belə ağıllı və ədalətli padşah göndərib. Hər yerdə müharibə, aclıq və iqtisadi böhran hökm sürdüyü vaxtda ölkəmiz inkişafa doğru gedir."

Məlumat üçün bildirək ki, Padşah - orta əsr şərqində feodal dövlətlərin başında duran monarx sayılırdı. Analoji müraciət Tacikistan da mövcuddur. Sadəcə bu ölkədə prezident Emoməli Rəhmona "Cənobi ali" (Əlahəzrət),-deyə müraciət edilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
454

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
261
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 13:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru