Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyul

2013
16:22
Bir neçə hərbi hissənin rəisinə cinayət işi açıldı

Müdafiə Nazirliyinə məxsus hərbi hissələrin maliyyə xidmətləri rəisləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Respublika Hərbi Prokurorluğunda 2013-cü ilin I yarım ilində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib. Hərbi prokuror qeyd edib ki, hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilib. Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsində ağır və xüsusilə ağır, mürəkkəb və aktual xarakterli cinayət işlərinin istintaqı tamamlanaraq, baxılması üçün hərbi məhkəmələrə göndərilib.
 
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrinin sabiq maliyyə xidməti rəisləri Rüstəmov İlqar Faiq oğlu, Əliyev Zaur Bayram oğlu, Nəzərov Şahmar Məmməd oğlu, Salamov Məmməd Akif oğlunun, Əliyev Rauf Əsgər  oğlunun, Sadıqov Aydın Fəxrəddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 313 və 326.1-ci maddələri ilə başlanmış cinayət işlərinin istintaqı yekunlaşaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib.
 
Cinayət törətmiş şəxslərin əməlləri nəticəsində dövlətə vurulmuş 421347 manat maddi ziyan istintaq zamanı tam ödənilib./Apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
241

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
254

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
257

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
332

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
262

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
299

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
501

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
417
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-04-2021 06:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru