Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyul

2013
14:47
Əli Abbasov 6 ayın yekunlarından danışdı

      Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2013-cü ilin 6 ayının yekunlarına dair kollegiya iclası keçirilib. Bu barədə FaktXəbər-ə məlumat verən nazirlik rəsmisi Kamal Hacıyevin sözlərinə görə, iclası giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, qeyri-neft sektorunun aparıcı sahəsi kimi İKT-nin də müstəsna yeri var və Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya texnologiyaları 2013” hesabatında Azərbaycanın 144 ölkə arasında “İKT-yə dəstəkdə hökumətin uğurları” indeksi üzrə 8-ci, “Hökumətin gələcək baxışlarında İKT-nin əhəmiyyətliliyi” indeksi üzrə 9-cu, “İnternetin əlçatanlığı” göstəricisinə görə isə 20-ci yerdə qərarlaşıb.

     Daha sonra kollegiya iclasında cari ilin 6 ayı ərzində rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə İKT sektorunda  artım tempi 10.5 faiz təşkil edib, eyni zamanda “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologi¬yaları Nazirliyi üzrə Tədbirlər Planı”na müvafiq olaraq, 6 ay ərzində həyata keçirilən işlər, tədbirlərin icra vəziyyəti barədə məlumat verilib. Sonra məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilib.

     Kollegiyaya yekun vuran nazir gələcək hədəflərə toxunaraq, “İKT ili” çərçivəsində rəqəmli TV yayımının genişləndirilməsi, poçt sahəsində qeyri-ənənəvi xidmətlərin artırılması, informasiya təhlükəsizliyi, tənzimlənmə, “E-hökumət”, “Elektron imza”, ümumilikdə elektron xidmətlərin həcminin artırılması və sürətləndirilməsi, genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqi ilə bağlı tədbirlərin davam etdirilməsi, Prezident yanında Elmin İnkişafı Fondu ilə birgə reallaşması nəzərdə tutulan layihələr, o cümlədən RİTN sahəsində çalışan məmurların vətəndaşlarla ünsiyyətinin daha sıx şəkildə qurulması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, “Bakutel” sərgi-konfransına hazırlıq işlərinin sürətləndirilməsi, bu il ölkəmizdə keçiriləcək prezident seçkiləri prosesində Mərkəzi Seçki Komissiyası ilə birgə İKT-nin tətbiqinin yüksək səviyyədə təşkili üzrə müvafiq tövsiyələrini bildirərək, bunlarla yanaşı, mövcud nöqsan və çatışmazlıqların da aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61370

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59120

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60818

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60439

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65980

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60243

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60484
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-01-2021 14:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru