Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyul

2013
17:20
3570
“Azərbaycan Qarabağı azad etmək üçün dəniz silahları alır”
Arif Yunus: “Bizdən fərqli olaraq Ermənistan öz qonşuları ilə balanslaşdırılmış siyasət həyata keçirir”

İsrail Silah İxracatı və Əməkdaşlıq Departamenti xarici ölkələrə silah satışı ilə bağlı göstəriciləri açıqlayıb. Departamentin direktoru Şmay Avieli deyib ki, 2012-ci ildə İsrail xarici ölkələrə 7,47 milyard dollar dəyərində silah və sursat satıb. Bununla da İsrail dünyada 10 əsas silah ixracatçısı olan ölkələr sırasına düşüb. Lakin maraqlı tərəfi budur ki, İsrail silah satışı ilə bağlı ən böyük müqavilə bağladığı ölkələr arasında Azərbaycanın da adı var. 

Mövzu ilə bağlı FaktXeber.com-un “İsraillə kifayət qədər ciddi problemləri olan ölkələrin qonşuluğunda yerləşən Azərbaycanın belə bir addım atması, hansı nəticələrə gətirib çıxara bilər “, - sualını cavablandıran politoloq Arif Yunus bildirdi ki, məsələyə praqmatik yöndən yanaşanda elə ciddi problemlərin olmadığı müşahidə edilir. Lakin burada diplomatik problemlərin meydana gəldiyini bildirən ekspert, “Azərbaycan İsraildən külli miqdarda silah almaqla ilk öncə İran, sonra isə Ermənistan və Rusiya münasibətlərinə ciddi xələl gətirir. Hər bir dövlətin narazılığının obyektiv səbəbləri var. İran İsraillə bütün sahələrdə düşmən olan və əlaqələrini kəsən bir ölkədir. Ermənistan isə Azərbaycanla düşmən mövqedə olduğu üçün İsrailin silah satışını ciddi etirazla qarşılayır. Rusiya isə Azərbaycanın ondan silah almadığına görə qısqanır ” , - deyə bildirdi:

“Azərbaycan rəsmiləri İsraildən silah alarkən bildirirlər ki, bunu Qarabağı azad etmək üçün edirlər. Lakin maraqlı olan budur ki, alınan silah və hərbi texnika arasında dəniz gəmiləri və dənizdə istifadə edilə biləcək silahlarda var. Yəni aydın məsələdir ki, Azərbaycan sözü gedən silahları İranla əlaqədar alıb. Bizdən fərqli olaraq Ermənistan öz qonşuları ilə balanslaşdırılmış siyasət həyata keçirir. Belə ki, Ermənistan həm NATO, ABŞ, həm qonşu ölkələr, həm də ki, Rusiya ilə kifayət qədər normal münasibətləri var. İnanın ki, əgər Ermənistan Azərbaycanla problemlərini həll etsə, sabah bizimlə də münasibətlərini normallaşdıracalarq. Azərbaycanın isə bütün qonşu ölkələrlə münasibətləri yaxşı deyil. Hətta Türkiyə ilə də bəzi vaxtlar ciddi problemlər yaranır. Yəni Azərbaycanın xarici siyasəti balanslaşdırılmış formada həyata keçirilmir.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
914

Mərkəzi Bank "Mastercard"la memorandum imzalayıb

23

May
18:12
İQTİSADİYYAT
104

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
133
Şərhlər
itil tərəfindən 05-06-2014 06:21:08 tarixində yazıldı
xayal shukur. sen sen hele yat.
xayal shukur. sen sen hele yat. 1de goressen yaxinlarin esir dushub chunki ermenistan balanslashmish siyaset surur.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru