Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Noyabr

2011
11:51
597
MİLLİ QƏHRƏMAN - FƏRƏCOV ƏNVƏR SƏYYAD OĞLU
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 214 saylı fərmanı ilə Fərəcov Ənvər Səyyad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

28 iyun 1952-ci ildə Goranboy rayonunun Sarov kəndində doğulmuş, 1968-ci ildə Sarov kənd orta məktəbini bitirmişdir. Sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1990-cı ildə Özbəkistan Milis Akademiyasını bitirərək Azərbaycan DİN-nin sərəncamına göndərilir.

18 avqust 1991-ci il. Ənvər Fərəcov yoldaşlarını mühasirədən çıxartmaq üçün qeyri-bərabər döyüşə girir. Ermənilərin mühasirəsini yararaq polis əməkdaşlarını itkisiz azad edirlər. Bu əməliyyata görə bölmə rəisi DİN tərəfindən mükafatlandırılır. 11 sentyabr 1991-ci il…Yağı düşmən böyük qüvvə ilə Goranboy rayonunun Erkəç, Mənəşli, Buzluq kəndlərinə hücuma keçmişdi. Bu, Ənvər Fərəcovun son döyüşü idi. O, bu döyüşdə qəhrəmancasına həlak oldu.

Ailəli idi. Bir oğlu, bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 214 saylı fərmanı ilə Fərəcov Ənvər Səyyad oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı “ adına layiq görülmüşdür.

Goranboy rayonunda dəfn edilmişdir.

Goranboy rayonunda büstü qoyulmuşdur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
130

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
525

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
75

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
43

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
49
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2019 02:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru