Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyul

2013
11:37
`HP` Azərbaycan bazarı üçün yeni məhsullar təqdim edib

“HP” Azərbaycanda  və dünyada şirkətin strategiyasını, həmçinin müxtəlif seqmentlər üçün yeni məhsullar təqdim edib. Təqdimat mərasimi “Hyatt Regency” mehmanxanasında təşkil olunub. Mətbuat konfransını “HP”-nin Azərbaycan nümayəndəliyinin icraçı direktoru İnarə Quliyeva açıb. O, Azərbaycanda və dünya bazarında şirkətin əsas strategiyası haqqında ətraflı məlumat verib.

 «HP İT sahəsində liderdir və bazarda əsas tendensiyaları müəyyən edir. Biz Azərbaycanın İT sahəsinin inkişafı üçün şirkətin qlobal təcrübəsindən istifadə etməkdə israrlıyıq», - deyə “HP”-nin Azərbaycan nümayəndəliyinin icraçı direktoru bildirib. O, həmçinin qeyd edib ki, bütün regionlar üçün əhəmiyyətli olacaq layihələrin uğurla həyata keçirilməsi üçün böyük potensial mövcuddur».

 Təqdimat mərasimində “HP” mətbuat nümayəndələrinə yeni “SlateBook x2” və “ElitePad 900” məhsullarını da təqdim edib.

«Biz istifadəçilərin ən üstün ehtiyaclarını ödəyəcək məhsul yaratmaq üçün çalışırıq. “SlateBook x2 HP” və “900 HP ElitaPad” yaradaraq biz müştərilərimizin həm ofisdə, həmçinin də evdə məlumata maneəsiz çıxışını təmin etməyə çalışmışıq. Mobillik müasir dünyada səmərəliliyin çox əhəmiyyətli bir meyarıdır," – deyə “HP” şirkətinin fərdi və çap sistemlər qrupunun ölkə üzrə rəhbəri Rasim Baxşı qeyd edib.

Qeyd edək ki, təqdim edilən məhsullar yüksək göstəricilərə malikdir və asanlıqla daşına bilir. Eyni zamanda, istifadəçilərin istəklərinə tezliklə uyğunlaşa bilir.

“HP SlateBook x2” – “NVIDIA Tegra” prosessoru ilə təchiz olunmuş ayrılan klaviaturalı ilk kompüterdi. Bu cihaz daha yüksək keyfiyyətli HD video izləməyə imkan yaradır, oyunların daha real simulyasiyasını mümkün edir, internet səhifələrin sürətli yüklənməsini və tətbiqetmələrə daha sürətli çıxışı təmin edir.
“HP” yeni personal kompüterlərin maksimal funksionallığını təmin etmək üçün onları eksklüziv həll və xidmətlərlə təchiz edib. Bu, bütün dəstəkləyici mənbələrə və alətlərə sürətli çıxışı mümkün edir.

 “HP ElitePad 900” – biznes istifadəçilər üçün ultra-nazik dizayna malik güclü bir cihazdır. Sözsüz ki, bu cihaz İT menecerlər və korporativ istifadəçilər tərəfindən çox böyük maraqla qarşılanacaq. Bundan əlavə, “HP ElitePad 900” ən geniş aksesuar siyahısına malikdir ki, bu da onun istənilən vəziyyətdə istifadəsinin rahatlığını bir daha təsdiq edir./ictnews

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
423

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
357

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
332
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 18:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru