Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 İyul

2013
12:35
1174
`Qarabağ` heyətini braziliyalı ilə gücləndirdi

FaktXəbər-in verdiyi məlumata görə, Yunanıstanın “Olimpiakos” klubunun yarımmüdafiəçisi Çumbinyonun karyerasını Azərbaycanda davam etdirəcəyi dəqiqləşib. Braziliyalı futbolçu artıq “Qarabağ”la anlaşıb. Tezliklə bu transferin rəsmən açıqlanması gözlənilir. Onun yaxın günlərdə Azərbaycana gəlməsi nəzərdə tutulub.

Qeyd edək ki, futbolçu Bakıya təşrif buyuran kimi, Ağdam klubu onunla iki illik müqaviləyə imza atacaq. Çumbinyonu Yunanıstanın digər klubu “Aris”də heyətində görmək istəsə də,  braziliyalı Azərbaycan komandasına keçməyə üstünlük verib.

Məlumat üçün bildirək ki, 1986-cı ildə anadan olmuş və tam adı Marinaldo Çiçero da Silva olan Çumbinyo karyerası ərzində çoxlu klublarda çıxış edib. O, karyerasına 2005-2006-cı illərdə vətənində “Sao Paulo”da başlayıb. 2006-cı ildə Çumbinyo “America-SP” klubuna icarəyə verilib. Elə həmin il Yaponiyanın “Kashima Antlers”ində də icarə əsasında forma geymiş yarımmüdafiəçi 2007-də “Coritiba”da oynayıb. Həmin il “Ponte Preta”da da top qovmağa imkan tapan Çumbinyonu 2008-də “Rio Claro” transfer edib. 2008-2009 mövsümündə bu futbolçunu Portuqaliyanın “Leixoes” klbubu alıb. 2009-cu ildən isə Çumbinyo Yunanıstanda çıxış edir. O, bu ölkədə əvvəlcə “Ethnikos”un şərəfini qoyurub. 2010-cu ildə isə braziliyalı “Olimpiakos”la müqavilə imzalayıb. Lakin maraqlıdı ki, elə alınan gündən bu futbolçu digər klublara icarəyə verilib. Çumbinyo son illərdə “Panserraikos”, OFI, “Levadiakos” və “Atromitos”un formasını geyinib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
28

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
111

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1857
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 12:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru