Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyul

2013
11:21
1452
Qarabağı ala bilməsək də, bahalı adalar alırıq...

Türkiyə mətbuatında bizim şanlı nəqliyyat nazir Ziya Məmmədovun sevimli oğlu Anar Məmmədovun 40 milyona ada alması barədə xəbər yayıldıqdan sonra təxmin olunan açıqlamalar...
 Ilham Əliyev:
- Görürsünüzmü, tək mənim övladlarım mülklərə sahib deyil!
- Görün nə qədər adam zəngin olmuşdur. Ölkəmizin paxıllığını çəkirlər!
- Bizim gənclərin nədən balaca bir adası olmasın?!
- Indi adalar alırıq və tezliklə Qarabağı da alacağıq!
Ziya Məmmədov:
- Bizim səxavətli və ağıllı prezidentimiz var. Onun sayəsində oğluma, balaca olsa da, bir ada ala bildik!
- Qarabağı ala bilməsək də, övladlarımız adalar alaraq ərazilərimizi genişləndirir!
- Ada almaq kimi ciddi işlərlə məşğul olduğu halda, “Azadlıq” qəzeti yazıq bir ayını yediyini yazaraq oğlumu ləkələməyə çalışır!
Konstruktiv vətəndaş:
- Məncə, bu ada məsələsini siyasiləşdirmək düzgün deyil!
- Həmin adada Anar müəllim Azərbaycan bayrağını ucaldacaq! Bununla fəxr etməliyik!
- Hər şeyi qara görmək düzgün deyil, ölkəmiz inkişaf edir, Bakı bulvarı çox gözəldir!
Paxıl vətəndaş:
- Mən anlamıram, Ziya Məmmədov nəqliyyat naziridir, yoxsa “Mersedes” buraxır?
- Bu qədər var-dövlət məndə niyə yoxdur?
- Oğurluqdursa, mən niyə oğurlamayım? Doğruluqla qazanılırsa, biz niyə qazana bilmirik?
Səyavuş Novruzov:
- Rüstəm Ibrahimbəyovun mənəvi haqqı yoxdur adadan danışsın.  
- Bu qədər yol çəkirik, bu qədər körpü salırıq, bundan danışmaq gərəkdir.
Əli Həsənov:
- Indi jurnalistlərin də bir adası olacaq! Prezidentin sayəsində gecələr onların öz işıqları yanacaq.
- Mənzillərin açarı püşklə paylanacaqsa, bundan böyük ədalət necə ola bilər?
“Azadlıq” qəzeti:
- Anar Məmmədov bir ayı xəbərinə görə bizim qəzeti bağlatdırırdı, indi niyə Türkiyə mətbuatının yazdıqlarına dillənmir?
Pənah Hüseyn:
- Adanın alınması bizə bəlli ssenari olsa da, Xalq Partiyasının çoxsaylı üzvləri bu addıma qarşıdır! Ziya Məmmədov istefa verməlidir!
Səməd Seyidov:
- Adanın alınması dünya standartlarına uyğundur.
Gülər Əhmədova:
- Mənim heç adam da yox idi...
Fəzail Ağamalı:
- ...

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
76

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1340
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 05:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru