Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyul

2013
12:54
998
Azərbaycanda üç nəfərin ölümündə, üç nəfərin yaralanmasında təqsirli bilinən sürücüyə hökm oxunub

Şəki Ağır Cinayətlər Məhkəməsində ağır yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinən Şirvan şəhər sakini Asif Nəzərovun cinayət işi üzrə məhkəmə başa çatıb. Hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Asif Nəzərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 24 noyabr 2012-ci il tarixdə, saat 23:00 radələrində Qax-Qum yolunun 6-cı km-də, 1992-ci il təvəllüdlü Şirvan sakini Asif Nəzərov idarə etdiyi "Mercedes-Benz" markalı, 90-DT-384 dövlət qeydiyyat nişanlı avtomobili Süskənd körpusundən aşırıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər, 1985-ci il təvəllüdlü Qax rayon sakini Novruz Abbasov, 1979-cu il təvəllüdlü Sabirabad rayon sakini Hikmət Əkbərov, 1983-cü il təvəllüdlü Şirvan şəhər sakini Nazim Qasımov aldığları xəsarətlərdən hadisə yerində ölüblər.
Avtomobilin sürcüsü Asif Nəzərov və digər sərnişinlər, 1990-cı il təvəllüdlü Şirvan şəhər sakini İlham Zeynalov, 1989-cu il təvəllüdlü Qax rayon sakini Pərvin Bayramova tibbi yardım göstərildiyindən həyatlarını xilas etmək mümkün olub.
İstintaq araşdırması zamanı yol qəzasının törədilməsində günahkar Asif Nəzərovun olduğu müəyyən edilib və o, həbs edilib. Asif Nəzərovun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb./trend

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
157

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
80

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
160

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
102

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
112

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
100

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
119
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 18:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru