Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 İyul

2013
16:06
1240
“Azərbaycan və Ermənistan Dağlıq Qarabağda özbaşına müharibəyə başlaya bilməz”
Üzeyir Cəfərov: “Rusiyanın göstərişi ilə Ermənistanın lokal şəkildə hərbi əməliyyatlar keçirməsi istisna edilmir”

Bəzi ekspertlər hesab edirlər ki, Dağlıq Qarabağda istənilən zaman 2008-ci ilin avqust ayında Rusiya-Gürcüstan arasında gözlənilmədən başlayan müharibə ssenarisi yaşana bilər. Artıq bu tip fikirlər son zamanlar həm erməni, həm də ki, beynəlxalq ekspertlər tərəfindən mütəmadi olaraq səsləndirilir. FaktXeber.com-un  “seçki öncəsi və ya seçkidən sonra Dağlıq Qarabağda gözlənilməz hərbi əməliyyatların baş tutması mümkündürmü”, - sualını cavablandıran hərbçi-ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi ki, Qarabağ münaqişəsi öz həllini tapmayana qədər döyüş əməliyyatları başlaya bilər. Hər iki tərəfin istənilən zaman əməliyyatlara başlamasının mümkün olduğunu qeyd edən ekspert, “Azərbaycan öz ərazi bütövlüyünü həll etməlidir. Əgər problem öz həllini tapmasa Azərbaycanın daxilində kifayət qədər problemlər yaşana bilər. Səbəb isə hakimiyyətin neçə illərdir ki, münaqişəni beynəlxalq təşkilatların ümidinə buraxmasıdır ”, - deyə bildirdi: “Əlbəttə ki, ermənilər də öz havadarlarının əli ilə istənilən addımı ata bilərlər. Fevral ayında Ermənistanda keçirilən prezident seçkiləri zamanı Azərbaycan tərəfi diplomatik etika xatirinə cəbhədə vəziyyəti gərginləşdirmədi. Bunun fonunda Azərbaycanın oktyabr seçkiləri ərəfəsində Qarabağda hər hansı bir hərbi əməliyyata başlamasını qətiyyən istisna edirəm.”

Sonda Üzeyir bəy bildirdi ki, seçki ərəfəsində Rusiyanın göstərişi ilə Ermənistanın lokal şəkildə hər hansı bir hərbi əməliyyatlar keçirməsi istisna edilmir: “Lakin regionda baş verən hadisələr və siyasi proseslərin təhlili onu göstərir ki, nə Azərbaycan, nə də ki, Ermənistan Dağlıq Qarabağda özbaşına müharibəyə başlamayacaq.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
611

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1162
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 23:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru