Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 İyul

2013
15:59
752
ATƏT sədri Ermənistanda Dağlıq Qarabağ münaqişəsi məsələsini müzakirə edəcək
Leonid Kojara: “Minsk Qrupu daha fəal ola bilər”

ATƏT-in Minsk qrupunun fəaliyyəti daha aktiv ola bilər. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Yerevanda mətbuat konfransında deyib.

O,  Ukrayna üçün ATƏT-də sədrliyi dövründə dondurulmuş münaqişələrin nizamlanması prioritetlərdən biri olduğunu vurğulayıb: "Ukrayna dondurulmuş münaqişələrlə əhatə olunub. Bunlar Moldova və Cənubi Qafqazdır. Ukraynanın mövcud məsələyə diqqəti bununla əsaslanıb".

L.Kojara Kiyevin aktiv prosesləri dəstəkləməyin, həmçinin prezidentlər və xarici işlər nazirləri səviyyəsində görüşlərin keçirilməsinin zəruriliyindən çıxış etdiyini deyib: «Ukrayna Minsk qrupunun fəaliyyətini dəstəkləyir, lakin hesab edir ki, qrup daha fəal iştirak edə və fəaliyyətinin daha konkret nəticələri ola bilərdi».

ATƏT sədri heç bir münaqişənin konfrans və ya iclasdan sonra nizamlanmadığını, praktiki iş görəmyin lazım olduğunu vurğulayıb, vətəndaş vətəndaş cəmiyyətinin nümayəndələri arasında görüşün təşkilinin vacibliyindən danışıb: «Ukrayna belə görüşün keçirilməsi üçün öz ərazisini təqdim etməyə hazırdır, həmçinin Kiyev humanitar fəlakətlərin nəticələrinin yüngülləşdirilməsinə istiqamətlənmiş istənilən fəaliyyəti dəstəkləyir. İstənilən münaqişə isə belə nəticələr törədəcək".

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Ermənistanda rəsmi səfərdədir. Onun prezident Serj Sərkisyan, parlamentin spikeri Ovik Abramyan, xarici işlər naziri Edvard Nalbandyan və digər rəsmilərlə görüşü planlaşdırılıb. Görüşdə əsas mövzulardan birinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacağı gözlənilir. Bundan əlavə, Ermənistanın ATƏT-lə, həmçinin Ukrayna ilə əməkdaşlığı məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, ATƏT nümayəndəsinin Cənubi Qafqaz regionuna səfəri iyunun sonlarında planlaşdırılmışdı. Tiflis və Bakıya səfərlər baş tutsa da, texniki səbəblərə görə Ermənistan səfəri təxirə düşmüşdü.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Qalatasaray" ilk transferini etdi

21

May
13:00
İDMAN
25

Babək prospektində yol çökdü - FOTO

21

May
12:51
HÜQUQ,HADİSƏ
724

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
41

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
34

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
115

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1860
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 13:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru