Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 İyul

2013
12:49
`Dilmanc` layihəsinin yeni proqramlarının təqdimatı olub

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Dilmanc" layihəsi çərçivəsində   bir sıra yeni proqramlar istifadəyə verilərək,  qısa müddətdə populyarlıq qazanıb. Azərbaycan Dövlət Teleqraf Agentliyində  bu proqramların təqdimatı olub.

"Dilmanc" layihəsinin proqramçılar qrupunun rəhbəri Rauf  Fətullayev  "Dilmanc" maşın tərcüməsi sistemi haqqında məlumat verərək bildirib ki, mətnləri saniyələr ərzində tərcümə edən bu sistemin xidmətindən www.translate.az  saytına daxil olmaqla istifadə etmək mümkündür. İlk hibrid tərcümə sistemi olan proqram daha keyfiyyətli tərcüməyə nail olmağa imkan verir.

Tərcümənin keyfiyyətini yüksəltmək üçün düşünülmüş modeldən söz açan R.Fətullayev məlumat verib ki, bu məqsədlə peşəkarlar insanlar tərəfindən tərcümə edilmiş mətnlərdən istifadə olunur. Məsələn, rus dilindən Azərbaycan dilinə tərcümə proqramında  bir milyona yaxın cümlədən ibarət paralel (həm rus, həm də Azərbaycan dilində) baza yaradılıb. Bu baza əsasən AzərTAc-ın materialları üzərində qurulub.

"Dilmanc" layihəsinə daxil olan digər yeni proqram nitqin tanınması sistemidir.  Sistemi təqdim edən  R.Fətullayev deyib ki, bu proqram şifahi nitqi yazılı mətnə çevirməyə imkan verir. Yəni mikrofona  oxuduğunuz, başqa sözlə, kompyuterə diktə etdiyiniz şifahi nitq   avtomatik olaraq yazıya çevrilir. Bu proqram mətnin klaviaturada əllə yığılması ilə müqayisədə işi 3-4 dəfə sürətləndirir. Xüsusən klaviaturada işləməyə çətinlik çəkənlərin, eləcə də əlil və görmə qüsuru olan insanların işini asanlaşdırır.

Layihə çərçivəsində mətni şifahi nitqə çevirən proqramın da hazırlandığını  deyən  R.Fətullayev bu sistemin mahiyyətindən və üstünlüklərindən danışıb.  Belə ki, Azərbaycan dilində hər hansı mətn proqrama daxil edilir və dərhal kompyuterdə səslənməyə başlayır. Proqramın əsas üstünlüyü odur ki, insan gözünü yormadan, digər işlə məşğul olarkən, yaxud yol gedərkən, bir sözlə, istənilən şəraitdə istənilən yazılı mətni səsləndirib ona qulaq asa bilər.

Qeyd olunub ki, Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə prosesinin avtomatlaşdırılması məsələsi ilk dəfə 2003-cü ilin əvvəllərində akademik Əli Abbasov tərəfindən irəli sürülmüş və onun rəhbərliyi altında tətbiqi linqvistik texnologiyaların yaradılması istiqamətində tədqiqatlara başlanılıb. Bu  işlərin məntiqi davamı olaraq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2005-ci ilin aprel ayından "Dilmanc" layihəsinin həyata keçirilməsinə başlanıb. Layihənin rəhbəri əməkdar mühəndis, texnika elmləri namizədi, dosent Əbülfət Fətullayevdir.

Təqdimatdan sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, haqqında danışılan bu maraqlı və gərəkli proqramlara http://www.dilmanc.az/az/project/tts saytı vasitəsilə daxil ola bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
396

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
750
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 08:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru