Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyul

2013
18:55
2629
Qarabağı necə qaytara bilərik?

Dünyaya göstərməliyik ki, Azərbaycanda insan haqları qorunur, mülkiyyət hüququ müqəddəsdir və Dağlıq Qarabağ erməniləri Azərbaycanda rahat yaşaya bilərlər

Aslan İsmayılov

Bu günlərdə Milli Şuradan vahid namizəd Rüstəm İbrahimbəyovun Meydan TV-yə geniş müsahibəsini bir tanışımla qısa müzakirə zamanı həmsöhbətim birdən dedi ki, sən onun erməniyə olan sevgisini gördünmü? Bununla da söhbətimiz bitdi. 1990-cı illərdə bəzi “millətçilərin” “erməniyə ölüm”, “yaxşı erməni ölü ermənidir”, ”100 erməni başı gətirmişəm” və s. kimi Qarabağı bizdən addım-addım uzaqlaşdıran ziyanlı şüarları yadıma düşdü. Belə şüarlardan istifadə edən ermənilər bütün dünyaya "vəhşi azərbaycanlı" obrazını yeritmək üçün əllərindən gələni etdilər. Bunun bariz nümunəsi isə dərindən araşdırdığım və haqqında kitab yazdığım 1988-ci il Sumqayıt hadisələridir. Düzdü son vaxtlar bu tipli şüarlar səngiyib. Ancaq, əminəm ki, seçki öncəsi səs toplamaq üçün bu ziyanlı fikirləri yenə sıravi seçicilərin şüurlarına yeritməyə can atacaqlar. 
90-cı illərdə də bu şüarların əleyhinə çıxırdım və buna görə Krasnodar, Stavropol diyarlarında oxumağıma, işləməyimə eyham vuraraq az qala məni ermənipərəstlikdə ittiham etmək istəyirdilər. Özümün və həyat yoldaşımın yeddi dönəmimizin xalis türk olmasına, bir çoxlarından fərqli olaraq onlarla heç bir qohumluğum, dostluğum olmamasına baxmayaraq bir vaxtlar “dostlar” mətbuatda hətta həyat yoldaşımın erməni olmasını da yazmışdılar. 1995-ci ildə parlament seçkiləri zamanı Qarabağ problemin həlli yollarını necə gördüyümü də çoxları bölüşmədi. Ondan sonra müxtəlif ölkələrdə Qarabağla bağlı yüzlərlə konfranslarda, görüşlərimdə bir daha əmin oldum ki, bu problemin həlli ancaq və ancaq hüquqi dövlət quruculuğundan keçir. Əmin edirəm ki, Azərbaycanda həqiqətən hüquqi dövlət sözlərdə yox, real həyatda olsa biz Qarabağ probleminin həllinə dəfələrlə yaxın olardıq. Son dövrlər isə pafoslu çıxışlara baxmayaraq biz bu problemin həllindən hər gün uzaqlaşırıq. İştirak etdiyim həmin görüşlərdə hər dəfə Qarabağ problemini qaldıranda dərhal “axı sizdə yerli insanların belə hüquqları kobud şəkildə pozulur. Necə ermənilərə haqlarının qorunmasına dair təminat verə bilərsiniz ki, Azərbaycanda səslənən şüarları hamı bilir” arqumenti ilə qarşılaşıram. Bütün konfranslarda ermənilərin özləri də məhz bu dəlilləri önə çəkərək az qala bağırırlar ki, “bunlar özlərinin haqlarını tapdalayırlar. Biz onların tərkibində olsaq bizləri dar ağacından asarlar”. Hər dəfə də yuxarıda sadaladığım şüarları və Ramil Səfərov ətrafında yaradılan şounu xatırladırdılar. Hər cür arqumentləri təkzib etmək istəsəm də, özüm də başa düşürdüm ki, yetərli deyil. 
Bəli, tarixin müəyyən dönəmlərində millətçilik qısamüddətli fayda verib. Bu gün isə qloballaşma dövründə, sərhədlərin tədricən əhəmiyyətini itirdiyi bir vaxtda insan haqları ön plandadır. Qarabağ probleminin həlli üçün bizlər birinci növbədə dünyaya, sonra isə Qarabağ ermənilərinə göstərməliyik ki, Azərbaycanda insan haqları qorunur, mülkiyyət hüququ müqəddəsdir və Dağlıq Qarabağ erməniləri Azərbaycanda rahat yaşaya bilərlər. Azərbaycanda isə hər şey tərsinədir. Korrupsiyasız ölkədə yaşamaq istəyən gənclər həbsxanada, mülkiyyət hüquqlarının bərpasını tələb edən Zülfüqarlı qardaşları isə sürgündədirlər. Bu günlər dünyanın bütün aparıcı qeyri hökumət təşkilatları və mətbu orqanları Azərbaycanın dünyada korrupsiyadakı birinciliyindən, insan haqlarının pozulmasından yazır.
P.S. Azərbaycana gəldiyim gündən səsləndirdiyim bütün fikirlər kimi 1995-ci ildə Qarabağ probleminin həlli ilə bağlı Milli Məclisə seçki platformamda dediyim sözlərimin üstündə bu gün də dayanıram: "Qarabağ probleminin həllində birinci növbədə sözdə yox, əməldə demokratik cəmiyyət qurulmalıdır. Bu günə qədər Biz, Azərbaycanda demokratik cəmiyyətin, hüquqi dövlətin olmadığından dünya ictimaiyyətinin bu problemin həllində dəstəyini ala bilməmiş, Ermənistanın təcavüzkar bir dövlət kimi tanınmasına nail ola bilməmişik. Bütün dünya bilməlidir ki, Azərbaycanı ayrı-ayrı şəxslər yox, ümumbəşəri qanunlar idarə eləyir".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
2

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1161
Şərhlər
KAMIL MEMMEDOV tərəfindən 13-07-2013 20:50:00 tarixində yazıldı
ARM
QARABAGI GUCLU ORDUMUZLA QURTARA BILERIK
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 22:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru