Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyul

2013
13:25
1736
Övladları yanan Qarabağ əlili prezidentdən silah istədi
Bakir Bayramov: “Maraqlıdır, Ramiz Mehdiyevin nəzarətində olan işdən necə olur ki, 115 min manat rüşvət alınır?”

Qarabağ əlili, YAP üzvü Bakir Bayramov müvəqqəti məskunlaşdığı yataqxanada baş vermiş yanğın zamanı özünün və ailəsinin aldığı xəsaratə görə maddi təzminat ala bilmir. Bununla əlaqədar olaraq Qubadlı rayon məcburi köçkünü  mətbuat konfransı keçirib.

FaktXəbər-in verdiyi məlumata görə, ilkin olaraq çıxış edən zərərçəkən B.Bayramov 5 yanvar 2009-ci ildə M.Qaşqay küçəsində yerləşən yataqxanada qaz olmadığı halda, qazdan partlayış baş verdiyini deyib: “Bununla bağlı ilkin istintaq işləri aparılıb. Lakin FHN işçilərinin 11 nəfərindən külli miqdarda təxminən 115 min manat rüşvət alaraq onları məsuliyyətdən azad ediblər. Halbuki 2011-ci ildə baş prokuror Zakir Qaralov məni qəbul edərək bildirmişdi ki, sözügedən 11 nəfərin hamısı baş verən olayla bağlı məsuliyyət daşıyır. Həmin gündən etibarən bu günə qədər məni Zakir Qaralovun qəbuluna buraxmırlar. Bu günə qədər ölkə başçısına və digər aidiyyəti qurumlara minlərlə müraciət etmişəm. Amma müraciətlərimin heç bir faydası yoxdur.” 

Bakir Bayramov onu da bildirdi ki, evində qaz olmadığı halda partlayışın baş verməsi və ailə üzvlərinin yanıq xəsarəti alması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib: “Rəsmi qurumlarda məni qəbul edərək hər cür vəd vermələrinə baxmayaraq heç bir tədbir görülmür. Fuad Ələsgərovun əməkdaşı mənə deyirdi ki, iş Ramiz Mehdiyevin nəzarətindədir. Maraqlıdır Ramiz Mehdiyevin nəzarətində olan işdə necə olur ki, 115 min manat rüşvət alınır? Mənim uşaqlarım günahsız yerə yandırılmasına baxmayaraq rəsmi qurumlar övladlarımın taleyi üzərində rüşvət bazarı açaraq saxta qərarlar verirlər. Mənim övladlarım məhkəmələrin və hüquq mühafizə orqanlarının gəlir mənbəyinə çevrilib. Özümü ermənilər əlil elədi, uşaqlarımı isə azərbaycanlı ermənilər. 5 ildir deyirlər obyektiv araşdırılaraq sizə cavab veriləcək. Maraqlıdır ki, minlərlə müraciətdən nəyə görə biri də olsa prezidentə çatmır. Baş Prokurorluqda deyirlər ki, əgər sən qəbula düşsən nə qədər adam işdən çıxarılacaq.”

Sonda zərərçəkmiş Bakir Bayramov bildirdi ki, əgər hökumət və prezident mənim problemlərimi həll edə bilmirsə mənə silah versinlər özümün və övladlarımın hüquqlarını qoruyum: “ Artıq kağız sənədlərlə hüquqlarımı müdafiə edə bilmirəm.” 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
0

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1161
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 22:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru