Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyul

2013
12:19
Yol hərəkəti qaydalarını pozan sürücülərin qənimi - Video

Bu kadrlar Heydər Əliyev prospektində çəkilib. Şəhərin mərkəzinə doğru gedən avtomobilin stasionar videokamerasının qeydə aldığı bu görüntülərdə sürücünün, necə deyərlər, öz yoluyla, qayda pozmadan hərəkət etdiyi, qarşıdan gələn avtomobillərin isə kütləvi şəkildə qayda pozuntusu etdikləri görünür.

Çox güman ki, bu videoyazı axşam saatlarında qeydə alınıb. Çünki məhz bu saatlarda şəhərin mərkəzindən aeroport, “Koroğlu” metrostansiyası, 8-ci kilometr qəsəbəsi istiqamətində hərəkətdə avtomobillərin sıxlığı müşahidə olunur və sürücülər bir qədər aşağı sürətlə yola davam etmək əvəzinə qarşı yola çıxıb sürətlə getməyi üstün tuturlar. Bu “ənənə” o qədər yayğın hal alıb ki, artıq ona yol polisləri də mane ola bilmirlər.

Bu avtomobilin sürücüsü isə onların öhdəsindən gəlməyin yolunu tapıb. O, sadəcə, öz yolu ilə hərəkət edir və qayda pozanların qarşısından çəkilmir. Nəticədə qayda pozanlar öz yollarına qayıtmağa məcbur olurlar. Göründüyü kimi, özləri qaydanı pozduqları halda onlar qaydalara riayət edən sürücüdən narazılıqlarını açıq-aşkar bildirir, hətta onu söyürlər.

Bu görüntülərə “dinsizin öhdəsindən imansız gələr” adı da qoymaq olar, ancaq videonu çəkən sürücü hər kimdirsə, heç də imansız deyil, sadəcə, qanun-qayda tərəfdarı olan vətəndaşdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20232

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18837

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20187

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19768

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25296

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19751

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19906
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 21:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru