Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyul

2013
12:08
Rusiyanın yeni tankı qapalı şəraitdə təqdim olunacaq
"Armata" beynəlxalq sərgiyə çıxarılacaq

Ağır tırtıllı nəqliyyat vasitəsi üzərində yığılmış döyüş tankı "Armata" ilk dəfə olaraq 25-28 sentyabr 2013-cü il tarixində Nijni Taqildə keçiriləcək beynəlxalq hərbi texnika sərgisində nümayiş etdiriləcək. FaktXəbər-in məlumatına görə, bu barədə açıqlamanı Rusiyanın Baş nazir müavini Dmitri Roqozin verib. O bildirib ki, tankın nümayişi qapalı şəraitdə keçiriləcək və ora ancaq dövlət nümayəndələri buraxılacaq.

Qeyd edək ki, bu tankın ilk nümunəsi 2013-cü ilin sonlarında hazırlanmalı idi. Rusiya Müdafiə Nazirliyi 2014-cü il üçün də 16 ədəd "Armata" istehsalını nəzərdə tutmuşdu. Döyüş maşınının orduya təhvili isə 2015-ci ilə planlaşdırılır.

"Armata" layihəsi hələlik sirr kimi saxlanılır və onun texniki göstəriciləri naməlumdur. Ancaq bildirilir ki, bu tank tamamilə robotlaşdırılıb və hədəfin məhv edilməsi üçün özü nişan alıb atəş açır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
423

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
362

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
337
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 18:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru