Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyul

2013
16:19
“Bəzi xalq artisti adı verilən şəxslərin yerinə olsaydım ölkədən qaçardım”
Azər Həsrət: “Xalq artist adını daşıyan şəxslərin yüksək şəxsi və mənəvi göstəriciləri olmalıdır”

Bir neçə gündür ki, ölkə mediasında, sosial şəbəkələrdə və ictimaiyyətdə ciddi müzakirəyə çevrilən mövzulardan biri xalq artisti adı verilən bir neçə nəfər şəxsin arasında baş verənlərlə bağlıdır. Sözügedən olay Milli Məclisdə belə müzakirəyə çıxarılmasına və parlament nümayəndələri tərəfindən ciddi şəkildə narazılıqla qarşılanmasına baxmayaraq ortalıqda elə də bir ciddi nəticə yoxdur. Belə ki, münaqişə tərəfləri günü-gündən bir-birilərini təhqir və ittiham etməkdə davam edirlər. Maraqlı olan budur ki, xalq, cəmiyyət və dövlət olaraq sözügedən neqativ halların qarşısını almaqda bu qədərmi acizik? FaktXeber.com-un sualı ilə bağlı açıqlama verən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət baş verənlərin arzuedilən hal olmadığını bildirdi. Müsahib bildirdi ki, xalq artist adını daşıyan şəxslərin yüksək şəxsi və mənəvi göstəriciləri olmalıdır:  “Təəssüflər olsun ki, həmin şəxslər davranışları və rəftarları ilə belə keyfiyyətlər sahib olmadıqlarını göstərirlər. Görünür ölkə başçısı onlara bu adları verərkən həddən artıq alicənablıq edib. O, cür adamlara belə adların verilməsi lazım deyildi. Əlbəttə ki, mən bununla prezidenti qınamaq istəmirəm. Lakin onlar öz əməlləri ilə o adlara layiq olduqlarını göstərməli idilər. Təəssüflər olsun ki, göstərə bilmədilər.” 

Sözügedən xalq artistlərinin susdurulmasının çətin olması məsələsinə də aydınlıq gətirən Azər Həsrət, “mediada xalq artist adlarının alınması məsələsi gündəmə gətirilib. Lakin belə bir praktikanın olub-olmadığını deyə bilmərəm. Sadəcə olaraq ciddi ictimai qınaq lazımdır ki, o da hazırda cəmiyyətdə mövcuddur”, - deyə bildirdi: “ Şəxsən mən həmin şəxslərin yerinə olsaydım, utanıb Azərbaycandan qaçardım ki, belə bir müzakirələrə səbəb olmuşam.” 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
423

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
357

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
332
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 18:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru