Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyul

2013
11:45
1755
Bakıda avtobusla `cip` toqquşdu, zərbə sürücünü yolun ortasına tulladı

Son vaxtlar Azərbaycanda, xüsusən Bakıda baş verən yol-nəqliyyat hadisələrinin və bu zaman ölən və xəsarət alanların sayı artıb.

Statistika göstərir ki, sərnişin avtobuslarının iştirakı ilə baş verən yol qəzalarının da sayı artmaqdadır. Bu yol qəzaları bəzən avtobus sürücülərinin, bəzən isə minik avtomobillərinin sürücüləri və ya piyadaların günahı ucbatından baş verir.

Trend sərnişin avtobuslarının iştirakı ilə baş verən yol qəzalarından bir neçəsinin videogörüntüsünü paylaşır. Kadrlardakı ilk hadisə zamanı axşam saatlarında yüksək sürətlə hərəkət edən "cip" tipli minik avtomobili yolun əks istiqamətli hərəkət hissəsinə çıxaraq sərnişin avtobusu ilə toqquşur. Güclü zərbə minik avtomobilinin sürücüsünü avtomobildən tullayaraq yolun ortasına atır.

İkinci hadisə zamanı yenə axşam saatlarında Bakının "Azneft" meydanında minik avtomobili sağdan gələn sərnişin avtobusunu gözləmədiyindən onunla toqquşur.

Günorta saatlarında baş vermiş digər qəza zamanı isə avtobus taksi fəaliyyəti ilə məşğul olan minik avtomobili ilə toqquşur.

Qeyd edək ki, ötən son iki həftə ərzində (17.06.2013-30.06.2013) respublikanın avtomobil yollarında 80 yol-nəqliyyat hadisəsi baş verib, 53 nəfər ölüb, 119 nəfər xəsarət alıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yasamalda yaşayış binası yanır

20

Avqust
11:37
HÜQUQ,HADİSƏ
13

Azərbaycan əhalisinin gəlirləri artıb

20

Avqust
09:50
İQTİSADİYYAT
1861

Xarici valyutaların manata qarşı məzənnələri

20

Avqust
09:28
İQTİSADİYYAT
357

Brent nefti bahalaşıb, WTI isə ucuzlaşıb

20

Avqust
09:20
İQTİSADİYYAT
707

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
322

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
1020

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
234
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 11:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru