Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2013
22:48
Gültəkin Hacıbəyli: `Düşünərəm ki, övladım vətənin azadlığı uğrunda şəhid olub`
"Hakimiyyət 9 yaşlı uşağın həyat faciəsi üzərində öz siyasi ambisiyalarını qurmaq istəyir"

“Bu, Azərbaycan məhkəmə praktikasında analoqu olmayan bir qərardır. Bu qərarlar yalnız qadının analıq hüququndan məhrum edildiyi halda verilə bilər, yəni,  ana narkoman, xroniki alkoqolizmə düçar olmuş qadın olduqda verilə bilər,” deyə Ziyalılar Forumunun üzvü Gültəkin Hacıbəyli Amerikanın Səsinə 9 yaşlı oğlu Toğrulun anasından alınaraq atası Mahmud Mehdiyevə verilməsi barədə məhkəmə qərarını şərh edərkən bildirib. Bunu hüquq adına biabırçılıq adlandıran xanım Hacıbəyli xatırladır ki, 2006-cı ildə atanın övladı ilə həftədə bir dəfə görüşünə icazə verilməsi barədə qərar olmasına baxmayaraq Mahmud Mehdiyev bu ilin mayınadək bir dəfə də olsun  görüşlə bağlı müraciət etməyib.

Keçmiş millət vəkili Gültəkin Hacıbəyli deyir ki, ata övladı ilə maraqlanmır və övladına bugünədək bir manat belə vəsait ayırmayıb: “Ümumilikdə 4 görüş olub, görüşlərin hamısında uşaq qəti surətdə görüşdən imtina edib, ağır depressiyaya düşüb, stress yaşayıb. Birinci görüşdən sonra təcili tibbi yardıma müraciət etməli olduq. Sakitləşdirici iynə vurduqdan sonra uşaq özünə gəldi. Adam mətbuat konfransı keçirib deyir ki, uşağımı mənə vermirlər, amma görüşə gəlir və oğluna “Cəhənnəm ol!”, “Sən mənə çox da lazımsan?”, “Heç ölmürəm səndən ötəri” kimi ifadələrlə müraciət edir, uşağı təhqir edir”.

Oğlu üçün görüşlər işgəncəyə çevridiyini deyən Gültəkin Hacıbəyli bildirir ki, belə bir anda Nəsimi Rayon Məhkəməsi Mahmud Mehdiyevin iddiası əsasında tələsik məhkəmə baxışı keçirərək vəkilimin təqdim etdiyi vəsatətlərin heç birini dəyərləndirilməyib: “Hakim 9 ildə bir manat aliment ödəməyən tərəfi atalıq hüququndan məhrum etmək əvəzinə, 9 il övladına baxan ananın əlindən övladı alır və uşağı tanımadığı “atası”na verirlər. Qərarın qərəzli, sifarişli, vicdansız olması heç kimdə şübhə doğurmur,” – deyə Gültəkin Hacıbəyli Amerikanın Səsinə müsahibəsində deyib.

9 yaşlı uşağın həyatının faciəsi üzərində qurulan siyasi ambisiya

Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri xanım Hacıbəyli bu gün qəbul edilən qərarı övladının faciəsi adlandırır: “Təəssüf edirəm ki, Azərbaycan hakimiyyəti 9 yaşlı uşağın həyatının faciəsi üzərində öz siyasi amsiyalarını gerçəkləşdirmək istəyir. Ola bilsin ki, bu qərarı qəbul edən insanların qolu zorludur, bu gün məhkəmələrə təzyiq etmək imkanları var. Amma bilirsiniz, imkanlar nə qədər çox olsa da Allahın imkanları qarşısında çox aciz və cılızdırlar”. İlk növbədə başda hakim Etibar Hümbətov olmaqla onların qanun qarşısında cavab verəcəklərinə əmin olduğunu dilə gətirən Gültətik Hacıbəyli o insanları eyni zamanda Allahın mühakiməsinə buraxdığını bildirib.

Xanım Hacıbəyli habelə qərardan Apellyasiya və Kassasiya şikayəti verəcəklərini deyib. Onun sözlərinə görə, bu qərarın icrası praktik olaraq qeyri-mümkündür. O, 9 yaşlı oğlunun 10 yaşından sonra məhkəmədə öz firkini söyləmək hüququna malik olmasını əsas gətirib.

“Özümü də, övladımı da bu yolda qurban verməyə hazıram”

Öz mövqeyindən çəkilməyəcəyini vurğulayan Gültəkin Hacıbəyli məsələnin yalnız onun oğlundan ibarət olmadığını bildirib. “Siyasi fəaliyyətinə görə cəzalandırılan valideyn tək mən deyiləm. Sadəcə övladımın yaşı az olduğu üçün onun cibinə narkotik qoymaq mümkün olmayıb və ya maşınından silah çıxarmaq mümkün olmadığından məni bu formada cəzalandırmaq qərarına gəliblər,” – deyə keçmiş millət vəkili bildirib. Çıxdığı yoldan - ədalət, azadlıq uğrundan mübarizədən onu heç nəyin yayındıra bilməyəcəyi deyən xanım Hacıbəyli hər şeyə hazır olduğunu söyləyib: “Məni bu yoldan heç nə çəkindirə bilməz. Övladımın əlimdən alınması onun həbsi ola bilərdi. Hazırda isə bu məhkəmə qərarı övladımın cəzalandırılmasıdır. Ancaq bu gün bizim həbsdə nə qədər övladlarımız yatır. Bu gün həbsdə talessimiya və astma xəstə Zaur Qurbanlı var. Bundan öncə 19 yaşlı Cabbar Savalanlı həbs həyatı yaşadı. Nigar qızımız absurd ittihamlarla həbs olundu. Düşünürəm ki mənim övladım onların heç birindən, mən də onların analarından artıq deyiləm. Vətən, torpaq bizimdir. Hər birimiz nə vaxtsa, bu torpağın bir parçasına çevriləcəyik. Əgər vətən yolunda, demokratiya, azadlıqlar uğrunda  qurban tələb olunursa, mən özüm də, qurban olmağa  hazıram, övladımı da bu yolda qurban verməyə hazıram. Analar övladlarını vətən üçün doğurlar. Mən də düşünərəm ki, övladım vətən yolunda, vətənin azadlığı uğrunda şəhid olub. Bununla da qürur duyaram,” – deyə Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Amerikanın Səsinə müsahibəsində bildirib.

Qeyd edək ki, Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev virtualaz.org-a açıqlamasında bildirib ki, məhkəmə uşağın mənim himayəmə verilməsi ilə bağlı qərar çıxarmayıb. Məhkəmə yalnız belə qərar verib ki, mənim öz doğma oğlumla hər gün saat 16:00-dan saat 21:00-a qədər görüşə bilməyim təmin olunsun. Oğlum yalnız bazar günləri mənim yanımda qalacaq. Burada qeyri-qanuni nə var ki?! Məgər mənim öz doğma balamla görüşmək hüququm yoxdurmu? Atanın öz doğma övladı ilə gündə heç olmasa bircə dəfə görüşmək haqqı nə vaxtdan yasaq edilib? Gültəkin Hacıbəyli bu məsələni niyə siyasiləşdirir? Gültəkin Hacıbəylinin “uşaq atasının kim olduğunu bilmir” sözlərinə gəlincə isə ona ayıb olsun. Uşaq mənim haqqımda gec-tez hər şeyi biləcək. Gültəkin Hacıbəyli öz deputat statusundan və əlindəki hakimiyyətdən istifadə edib uşağımı məndən gizlətmək hüququna malik idimi? İndi mən öz oğlumla tanış olmaq, onu gündə heç olmasa bir dəfə görmək hüququnu əldə etmişəm.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
231

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
265

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
212

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
256

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
206

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
526
Şərhlər
Qasım kişi tərəfindən 05-07-2013 08:07:22 tarixində yazıldı
Halal olsun
bu ölkəni kişilər viran qoyanda,ölkəni də xalqı da xilas edən TOMRİS,NÜŞABƏ,SARA XATUN KİMİ və s. qadınlar olublar. Əmbə deyəsən indi də belə olacaq.HALAL olsun GÜLTƏKİN XANIMA və onun kimi VƏTƏN övladlarına,HALAL olsun. Bu ölkənin Kİşiləri,nə vaxt kişilik borcunuzu layiqincə yerinə yetirəcəksiniz hıyy.? Ə,a bala kişilər; 1.Vətəni qoruya bilmədiniz,indi heç istəmirsiniz də!! 2.Qız- gəlinin namusunu SİZLƏR korladınız indikiləri də qorumaq istəmirsiniz.! 3.Nə xocalı da nə dəki başqa yerlərdə XALQIN körpələrini qoruya bilmədiniz!! 4.ölkəni bütxanaya döndərmisiniz! 5.Xalqın min-bir əzabla böyütdüyü öğlanlarını əsgərdə öldürüb üstünüzə göndərirlər-susursunuz. 6.bütün xalqa aid olan təbii sərvətlər talanır -susursunuz. 7.Xalq neçə illərdən sonra demokratikbir dövlət qurdu,Siz bir-biriniznən Vəzifələr üstdə didişib hakimiyyəti indiki İşğalçılara verdiniz. Ə ,A bala kişilər hələ SAYIMMI.yox olmaz.BİABIR OLARSINIZ.Ə SİZ nə töhür KİŞİSİNİZ HIYY? Ə siz nə vaxt bu vətənə oğul,DİŞİ ASLANLARA da SAhib çıxacaqsınız.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 00:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru