Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2013
09:48
`Ziyalı ünsiyyətində` daha bir təqdimat

FaktXəbər-in məlumatına görə, “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyində 2009-cu ilin payızında Elçin Musaoğlunun “40-cı qapı” filminin təqdimatı ilə start götürən və müxtəlif maraqlı tədbirlərin yer aldığı “Ziyalı ünsiyəti” layihəsi çərçivəsində daha bir filmin təqdimatı keçirilib. Bu – gənc relissor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Elçin Elxanlının “İnam” filmi idi. Elçin Elxanlı ilk ciddi işi olan bu filmini sevimli müəllimi, hazırda dünyasını dəyişmiş görkəmli rejissor Tariyel Vəliyevin əziz xatirəsinə ithaf etmişdir.

Ssenarisi də Elçin Elxanlının özünə aid olan tam metrajlı “İnam” filminin əsas ideyasını fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyası təşkil etsə də, filmdə müasir həyatımızdakı internet asılılığı, insanların etibarından sui-istifadə, uşaq tərbiyəsi, ailə mədəniyyəti və s. kimi ağrılı problemlər də özünəməxsus şəkildə işıqlandırılıb.

Qeyd etmək lazımdır ki, filmin gənc bəstəkar Azər Əsgərov tərəfindən yazılmış musiqisi öz dərinliyi və ahəngi ilə filmə xüsusi rəng vermiş və onu daha da təsirli edib.

“Aydınlığa doğru” İctimai Birliyində təşkil olunmuş təqdimat mərasimində birliyin daimi dinləyiciləri, şəhər ictimaiyyətinin nümayəndələri və gənclər iştirak edirdilər. Birliyin sədri, tanınmış telejurnalist Solmaz Əmirli tədbiri giriş sözü ilə açaraq qonaqları öncə “İnam” filminin nümayişinə dəvət etdi. Nümayişdən sonra Solmaz xanım bu filmin E.Elxanlının diplom işi olduğunu qeyd etdi. Solmaz xanım sözünün davamında: “Diplom işi olan ilk film bu dərəcədə təsirli çəkilmişsə, deməli bu oğlanlardan böyük və uğurlu işlər gözləmək olar”- söylədi. Filmin ilyarım müddətdə cəmi 3000 manatlıq büdcə hesabına ərsəyə gəlməsindən danışan gənc rejissor filmin yaradıcı heyətinin, gənc aktyorlarla yanaşı tanınmış aktyorların da bu filmdə təmənnasız çəkildiklərini qeyd etdi.

Fəlsəfə elmləri doktoru, professor Rəfiqə xanım Əzimova film barədə təəssüratlarını bölüşərək belə söylədi: “Düşünən insanlar düşündürən məsələləri ortaya qoyublar. Təfəkkür əgər ürəyin nuru ilə işıqlanmırsa, o təfəkkür bir şeyə qadir deyildir. Hər birimiz cəmiyyət qarşısındakı borcumuzu hiss etməliyik. Bu gənclər bu məsuliyyəti dərk etmiş və cəmiyyətin daha da gozəlləşməsi üçün bacardığını etmişlər.”

Telejurnalist Lalə Cəfərova, “Neftçi qadınlar” İctimai Birliyinin sədri Solmaz Hacıyeva və başqaları filmi böyük maraqla seyr etdiklərindən, çox təsirləndiklərindən, filmdə qoyulan problemlərin aktuallığından danışdılar və gənc rejissor Elçin Elxanlıya, bəstəkar Azər Əsgərova, eləcə də filmin bütün yaradıcı heyətinə uğurlar arzuladılar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
218

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
311

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
301
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 07:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru