Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyul

2013
11:11
“Mən dönə bilmədim, amma müxalifət liderləri Bakıda idi”
Rəsul Quliyev: “Camaatın böyük əksəriyyəti düşünür ki, Milli Şura Yunan mifologiyasında olan qəhrəmanlardan biridir və o xalqı xilas edəcək”

“Xalqı başa salmaq lazımdır ki, onun aktiv iştirakı olmadan bu hakimiyyəti dəyişəcək qüvvə mövcud deyil”. Bu sözləri Milli Məclisin eks-spikeri Rəsul Quliyev öz bloqunda yazıb. FaktXəbər-in məlumatına görə, R.Quliyev bildirir ki, sosial şəbəkələrdə müzakirə yazılarını diqqətlə izləyir və obyektiv təhlil etmək istəyənlərlə şüar tipli yazanların bir tavan altında toplanmasını normal qəbul edir: “Hər şəxsin öz fikrinin olması normaldır, çünki insanlar düşüncələrində fərdidir, ancaq totalitar rejimlərdə ütülənmiş məddah fikirlər üst üstə düşə bilər. Ancaq heç bir fundamentə söykənməyən yazılardan zəhləm gedir, elə yazıların müəlliflərini ciddi adam hesab etmirəm.”

Daha sonra 2013-cü ildə keçiriləcək prezident seçkilərinə diqqət yönəldən eks-spiker bunu Azərbaycanın üçün taleyüklü məsələ hesab edir: “Sizin bir hissəniz hadisələri 2005-ci il parlament seçkiləri, daha doğrusu mənim Azərbaycana qayıda bilməməyimə yönəldirsiniz. Əlbəttə bu məsələdə müzakirə olunmalıdır. Ancaq bu müzakirə 2013-cü ildəki seçkiyə pozitiv bir şey verəcəksə. Söhbət mənim qəhrəmanlığımdan və ya qorxaqlığımdan getmir.

Mənim Azərbaycana dönə bilməməyim faktdır, ancaq yerdə qalan bütün müxalifət liderləri Bakıda idi və biz uduzduq və ağır məğlubiyyətə uğradıq. Söhbət ondan gedir ki 2008 və 2010-cu ildə ümumiyyətlə heç bir müqavimət göstərə bilmədik. 2005-ci ildə Bakının küçələrinə çıxarılan təpədən dırnağa silahlanmış qoşunlar və zirehli texnikanı ancaq 1990-cı ilin yanvarında Biləcəridə Bakını işğal qabağı toplaşmış Sovet qoşunları ilə müqayisə etmək olardı. 1990-cı ildə Əliyevi, 1993-cü ildə Sürət Hüseynovu Bakıya buraxmamaq üçün çıxarılan silahlı qüvvələr 2005-ci ildəki gücün heç bir faizi də deyildi. Siz hansı dünyanın hansı tarixində oxumusunuz ki, bir nəfər təkbaşına bağlanmış sərhədlərdən, bağlanmış aeroportlardan keçib qəfildən haradasa peyda ola bilər. Bunları müzakirə üçün yazmıram sadəcə nəzərinizə çatdırıram. Yenidən diqqətinizi 2013-cü ilə yönəltmək istəyirəm.

Milli Şura yaranıb. Bu kifayət qədər ümidin artması və pozitiv enerjinin inkişafına səbəb olub. Ancaq məsələ ondadır ki, camaatın böyük əksəriyyəti düşünür ki, M.Ş. Yunan mifologiyasında olan qəhrəmanlardan biridir və o xalqı xilas edəcək. Özünün iştirakını ya görmür, ya da evində oturub M.Ş.-nı tərifləməyi dəstək hesab edir. Və M.Ş.-dan kimlərsə hökumət təşvişə düşüb ( təşvişə düşməyə düşüb, çünki sonra hansı addımın atılacağını bilmir), yıxılacaq, qaçacaq deyəndə onsuzda passiv olan camaat daha da rahatlaşır və oturub bu hadisənin nə vaxt baş verəcəyini gözləyir. Xalqı başa salmaq lazımdır ki onun aktiv iştirakı olmadan bu hakimiyyəti dəyişəcək qüvvə mövcud deyildir.
Misirdə baş verənləri izləyirsinizsə xalq hərəkatının nə demək olduğunu başa düşməliyik. 17 milyon protest edən insanlar faktiki əmin amanlığı qoruyub saxlaya biliblər. Prezident Mürsi (1 ay bundan öncəyə qədər müxalifəti saymayan) indi müxalifətdən dialoq keçirməyi xahiş edir, camaatsa yox deyir, tələb birdir istefa. Nəzərinizə çatdırmaq istəyirəm ki, bütün böyük dövlətlər o cümlədən ABŞ Mürsinin getməsini istəmir. İndi qəbul edirsinizki ölkə daxilində birinci skripkada xalq oynayır başqaları onun çaldığına özlərini uyğunlaşdırır.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
220
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 11:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru