Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyun

2013
17:22
1382
Bakı sürücülərinin nəzərinə!

Bakının əsas mərkəzi prospektlərindən birində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, Həsən Əliyev küçəsinin kəsişməsindən Tbilisi prospekti ilə 20 Yanvar metrostansiyası istiqamətində A.Salamzadə küçəsinin hissəsində (Nəqliyyat Nazirliyinin inzibati binasının qarşısı) asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar olaraq, bu gün gecə 00:00-dan başlayaraq təmir işləri başa çatanadək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Bakı yol polisi sürücülərdən xahiş edir ki, tıxacların, sıxlığın yaranmaması üçün Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsindən Tbilisi prospektinə Həsən Əliyev küçəsindən keçməklə hərəkət tam məhdudlaşdırıldığından alternativ yol kimi Ziya Bünyadov prospekti ilə A.Salamzadə küçəsi, 9-cu mikrorayon ərazilərindən keçməklə hərəkət edə bilərlər.

20 Yanvar dairəsindən şəhər istiqamətinə olan Tbilisi prospekti ilə gələn avtomobillər üçün hərəkət olduğu kimi qalır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1039

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
60

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
88

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
306

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
341
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 17:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru