Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyun

2013
16:51
`Hələbə silah deyil, humanitar yardım lazımdır`
Hələbin meri bildirib ki, muxaliflərin apardığı silahlı mübarizə şəhəri xarabalığa çevirib

FaktXəbər-in verdiyi məlumata görə, Qərb ölkələrinin suriyalı müxaliflərə silah yardımı etməsi xəbərinə münasibət bildirən Hələb meri Əhməd Əziz, şəhərin silaha deyil, ərzaq məhsullarına ehtiyaclı olduğunu söyləyib. Əhməd Əziz Fransanın "Europe 1" kanalına müsahibəsində deyib ki, 2 ildən çox davam edən silahlı qarşıdurmalar 1 milyon hələblini doğma şəhərindən didərgin salıb.

Qeyd edək ki, müxaliflərin Hələbdə apardığı silahlı qarşıdurmaların şəhəri xarabalığa çevirdiyini dilə gətirən 33 yaşlı mer, beynəlxalq ictimaiyyətdən silah deyil, humanitar yardım gözlədiklərini vurğulayıb. "Şəhərin böyük hissəinə nə elektrik, nə də su verilə bilir. Artıq heç kimdən heç nə istəmirik, çünki müraciətlərimizə cavab verən də yoxdur.",-deyə Əhməd Əziz əlavə edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
413

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
352

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
327
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 17:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru