Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2013
12:29
Telekanallar ev üçün siyahını MTRŞ-ya təqdim ediblər
Toğrul Məmmədov: "Bəzi telekannalrın namizədlərinin sənədlərində çatışmazlıqlar var"

Paytaxtda jurnalistlər üçün  tikilmiş binadan ev almaq istəyən televiziya jurnalistlərinin əksəriyyətinin namizdəliyi telekanallar tərəfindən Milli Televiziya  və Radio Şurasına (MTRŞ) təqdim olunub. Bu sözləri Movqe.az-a açıqlamasında MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov söyləyib. T.Məmmədov bildirib ki, əksər telekanallar öz namizədlərinin siyahısını MTRŞ-ya təqdim etsələr də, həmin namizədlərin hamısının sənədi tam olaraq təqdim edilməyib: "Elə telekanallar var ki, evə namizədlərinin siyahısını təqdim etsələr də, həmin namizədlərin tələb olunan sənədlərini toplayıb bizə göndərməyiblər. Bəzi telekannalrın namizədlərinin sənədlərində çatışmazlıqlar var".

T. Məmmədov belə telekanalların arasında ATV-nin olduğunu söylədi. Onun sözlərinə görə, ATV kanalının namizədlərinin  Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən müvafiq çıxarışı təqdim edilməyib: "Bu sənədin təqdim olunması şərtdir. Çünki,  Azərbaycan Mətbuat Şurasının açıqladığı şərtlərdə qeyd olunub ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən namizədin adına evin (mülkün) olmadığını təsdiqləyən sənədin əsli təqdim olunmalıdır. Hazırda proses gedir. Telekanalların öz namizədlərini və onların sənədlərini MTRŞ-ya təqdim etmələri üçün bu ayın sonunadək vaxtları var. Biz həmin sənədləri topladıqdan sonar KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim edəcəyik".

Xatırladaq ki, iyunun 15-də Mətbuat Şurası Bakıda jurnalistlər üçün tikilmiş binanın mənzillərinin sahiblərinin müəyyənləşdirilməsi üzrə redaksiyalardan irəli sürülən namizədlərdən, eləcə də fərdi müraciət edənlərdən sənəd qəbulunu başa çatdırıb. Şura üzvü olan 27 gündəlik, 35 həftəlik və aylıq qəzetdən, 13 informasiya agentliyindən, 7 xəbər portalından və 5 jurnaldan 150 müraciət daxil  olub. Bundan başqa 70 fərdi müraciət də qeydə alınıb”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
281

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
220

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
239

Teledərslərin başa çatacağı tarix açıqlanıb

03

İyun
11:57
ELM / TƏHSİL
258

AzTV-nin operatoru karantinə alındı

03

İyun
10:57
ÖLKƏ
453
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 17:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru