
Uzun müddətdir Azərbaycan İslam Partiyasının tədbirlərində qurumun təşkilati məsələlər üzrə sədr müavini Rövşən Əhmədli iştirak etmir. Bununla bağlı indiyə qədər hər hansı bir açıqlama olmadığı üçün, R.Əhmədli ilə əlaqə saxladıq.
İslam Partiyasının tədbirlərində iştirak etməməsinin səbəbləri ilə bağlı FaktXəbər-ə açıqlama verən Rövşən bəy bildirdi ki, artıq 3 aydır ki, bir sıra mühüm məsələlərin həlli ilə əlaqədar AİP-in tədbirlərində iştirak edə bilmir: “Bununla əlaqədar partiya rəhbərliyinə məlumat vermişəm və artıq sədr müavini postundan istefam qəbul olunub. Yalnız prosedur qaydalara əsasən, istefam partiyanın ali orqanı olan Baş Məclisdə təsdiq edilməlidir ki, o da yəqin növbəti Baş Məclisin gündəliyində olacaq.”
Belə həssas dönəmdə bu istefanın yarada biləcəyi çoxsaylı sualların AİP-n ümumi fəaliyyətinə mənfi təsirləri haqda suala isə Rövşən Əhmədli belə cavab verdi: “Biz partiyamızın ən çətin zamanlarında onu dağıtmaq istəyənlərə bunu reallaşdırmağa imkan verməmişik. İstər partiya rəhbərliyinə qarşı sifarişli, qərəzli, qanunsuz həbslərdə olduğu dövrlərdə, istərsə də şəxsi ambisiyaları və ya tapşırıq əsasında “namusum, qeyrətimdi partiya” deyənlərin mətbuat klublarında AİP-n rəhbərliyi və ümumiyyətlə partiya əleyhinə geniş kampaniyalar apardıqları zamanlarda. İndi mən zəruri hal kimi sədr müavinliyindən istefa verirəm, amma hər an islamçılarla bir səfdəyəm. Bizim məktəbimiz bəlli, səfimiz bəlli, xətlərimiz də bəllidir. Verdiyimiz qərarlar da ümumilikdə təhlil olunub, razılaşdırılıb və bəyənilən qərarlardır. Azərbaycan islamçıları ən çətin və mürəkkəb dövrlərdə belə, mütəşəkkilliyini və ardıcıllığını hifz edə bilib. Düşünürəm ki, hansı vəzifə tutmağımızdan asılı olmayaraq bütün islamçıları eyni ideya və xətt birləşdirir. Bizim bir məqsədimiz var - azad, müstəqil, hüquqi Azərbaycan dövləti yaratmaq. Bu yolda hamıya Allahdan uğurlar diləyirəm.”

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyunMuxtar Səqəfi tərəfindən 16-01-2015 17:13:42 tarixində yazıldı |
Başlıq səhvdir. |
R.Əhmədli partiyadan istefa verməyib, müavinlikdən istefa verib. Mən belə başa düşdüm. |
- 25-06-2020 09:50 Kərəm Həsənovun kadrları işdən çıxarıldı - SİYAHI
- 23-06-2020 17:45 "Düşmənə qarşı hamılıqla səfərbər olmalıyıq" - Hacı Mövsüm Səmədov
- 19-06-2020 13:42 Vəzifəli və hüquqi şəxslərlə bağlı yükək məbləğdə yeni cərimələr müəyyən edilir
- 19-06-2020 12:20 Samir Şərifov deputatı sərt tənqid etdi
- 19-06-2020 11:58 Dövlət büdcəsinin icrası son oxunuşda təsdiq edildi
- 19-06-2020 11:49 Millət vəkili 190 manatın iyun və iyul aylarında da verilməsini təklif edib
- 19-06-2020 09:32 Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək
- 17-06-2020 15:07 İranlı nazir Şahin Mustafayevə zəng edib
- 17-06-2020 13:21 İran Azərbaycana təşəkkür etdi
- 16-06-2020 16:45 Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum oldu
- 16-06-2020 16:05 H.Hacıyev Dağıstanda azərbaycanlılarla bağlı baş vermiş hadisəni şərh edib
- 12-06-2020 13:26 Dövlət büdcəsinin icrası təsdiq edildi
- 12-06-2020 09:07 Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək
- 11-06-2020 08:52 Sabah Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçiriləcək
- 10-06-2020 17:42 M. Elmar : Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir
- 10-06-2020 14:44 Azərbaycan XİN bəyanat yayıb
- 10-06-2020 13:50 Azərbaycanla Türkmənistan arasında ikitərəli sənədlər təsdiqlənib
- 10-06-2020 12:04 Azərbaycan Yəmən xalqına yardım edib
- 09-06-2020 12:05 Milli Məclis iki yeni qanun layihəsinin müzakirəsini təxirə saldı
- 08-06-2020 13:31 Azərbaycanda bir qəsəbəyə şəhər, iki kəndə isə qəsəbə statusu verilir
- 08-06-2020 10:10 Babək rayonunun ərazi bölgüsündə dəyişiklik müzakirə ediləcək
- 05-06-2020 10:40 Mətbuat Şurası jurnalistlərə müraciət edib
- 05-06-2020 09:52 Bu gün növbədənkənar iclasda 4 məsələ müzakirə ediləcək
- 04-06-2020 09:34 Bu gün keçirilən iclasda bir neçə qanun layihəsini müzakirə ediləcək
- 02-06-2020 12:43 Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası təyin edilib